Azərbaycanda 40 min insan gözdən əlildir...

  • 2018.11.13 14:18
  • 7577 Baxış
Azərbaycanda 40 min insan gözdən əlildir...
İlk dəfə 18-ci əsrdə fransalı pedaqoq Valentin Qayuinin vasitəçiliyi ilə Fransa və Peterburqda gözdən əlillər üçün bir neçə məktəb yaradılıb. Məhz buna görə də, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü isə Qayuinin doğulduğu tarix - 13 noyabr bütün dünyada Beynəlxalq Gözdən Əlillər günü kimi qeyd edilir. 


Medicina.az xəbər verir ki, bu gün ölkəmizdə də Gözdən Əlillər günü kimi qeyd edilir. Belə ki, Azərbaycanda müxtəlif səbəblərdən (anadangəlmə, sonradan qazanılan, zədə nəticəsində) görmə qabiliyyətindən məhrum olan 40 mindən çox insan yaşayır. Onlardan 8 minə yaxını uşaqdır. 2002-ci ildən isə Qeyri-Hökumət Təşkilatı olan Gözdən Əlillər Cəmiyyəti fəaliyyət göstərir. 


Azərbaycanda gözdən əlilliyi olan şəxslərin sosial təminatı istiqamətində də müvafiq işlər aparılır. Belə ki, görmə məhdudiyyətli şəxslər evlə təmin edilir, əlillik təqaüdü alır və aylıq sosial müavinətlərlə təmin edilirlər. Eyni zamanda, əmək pensiyası hüququ olmayan ümumi səbəblərdən I qrup gözdən əlillərə aylıq sosial müavinətlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri də ödənilir.