Az yemək, idman, üzmək, balıq, yaşıl çay, atlar və ….– Putinin sağlamlıq sirləri

  • 2018.03.19 16:57
  • 42014 Baxış
Az yemək, idman, üzmək, balıq, yaşıl çay, atlar və ….–  Putinin sağlamlıq sirləri
  

Növbəti dəfə Rusiya Federasiyasının prezidenti seçilən və 2023-cü ilə kimi bu kürsüdə qalacaq Vladimir Putin yaşından gənc göünməsi, daim formada olması və dəmir kimi sağlamlığı ilə diqqət çəkir. Uzun müddət ölkə rəhbəri olmaq və hələ də bu postda qalmaq insandan iradə, güc və enerji tələb edir. Ara-sıra Putinin xəstələnməsi və işə çıxmaması, hansısa xəstəliyini müalicə etdirmək üçün fasilə götürüb, gizlicə xaricə getməsi barədə xəbərlər dolaşsa da, Putin dünya qarşısına əvvəlki kimi şux, enerjili və sağlam görünüşü ilə çıxır. Səhhətinə görə "Rus ayısı” ləqəbi verilən Putinin cavan, sağlam qalmasının sirlərini Medicina. az təqdim edir



1.Mənfi vərdişlərin olmaması – president içmir, siqaret çəkmir, araqdan uzaqdır. Bəzən protokol qaydalarına görə qırmızı çaxır içmək məcburiyyətində qalır. Gündə 5-6 saat yatır. Putinin gündəlik rejimində güclü dissiplin var. 


2. Az yemək, çox hərəkət etmək  – müsahibələrinin birində o sağlamlığı barədə danışarkən insanlara bacardıqca az yemək, çox hərəkətdə olmaq və idmanı məsləhət görmüşdü. Müşahidəçilərin dediyinə görə, Putin süfrədə ən sevimli və dadlı yeməklər olsa da az yeyib,  doymadan qalxır. Günorta nahar etməyə onun demək olar vaxtı olmur.  Onun haqda film çəkən rejissor Oliver Stoun etiraf etmişdi ki, bir dəfə Putin 20 saatlıq görüş boyu bir dəfə də olsun tualetə getmədi. O, həmin saatlarda çox az su içdi.  


3.Düzgün qidalanma – Putin dəfələrlə öz pəhrizi barədə danışıb: həftədə 2-3 dəfə balıq günləri, ətdən imtina, yalnız quzu əti, tərəvəz salatları. Onun sevimli deserti dondurmadır, onu da yayda az yeyir. Qalan şirniyyatlara qarşı laqeyddir. Qara yox, yaşıl çay içir. NTV bir dəfə prezidentin səhər yeməyini çəkmişdi: o yulaf sıyığı, kəsmik və çiy bildirçin yumurtası yemişdi.  Səhər qəhvə və ya çay əvəzinə Putin özü üçün energetik kokteylini hazırlamışdı: onun tərkibində çuğundur, xren və bəzi sirli inqridiyentlər var idi. Bu içki onu qrip və viruslardan qoruyur. Putin kefir və ketçupu da sevir. 


4. Səhər gimnastikası və üzgüçülük. 

2015-ci ildə bütün dünya Soçidə necə səhər idmanı etdiyinin şahidi oldu. Fitnes Putinin gündəlik məşğul olduğu gimnastika növüdür, onun iqamətgahında çoxlu güc trenajorları var. Putin hər vacib görüşdən əvvəl və sonra hovuzda üzür. Bu, onun əzələ və onurğasını tonusda saxlamaq üçün əhəmiyyətlidir. Hər iş gününün əvvəli o ənənəvi kilometrini üzməlidir.

 





5.Şərq idman döyüş növləri-  Putin bu idman növü üzrə ustadır və dəfələrlə master-klaslar göstərib. O, 11 yaşından sambo və cüdo ilə məşğul olur. Karate üzrə qara kəmər sahibidir. 


6.Dağ xizəksürmə idmanı – Rusiya vətəndaşı kimi qarlı dağda xizək sürmək onun üçün doğma hobbidir. O, dəfələrlə jurnalistlər qarşısında Karpat dağları, Avstriya və İsveçrədə xizəksürmə üzrə master-klass göstərib. 


7.Atlar – at sürmək  idman növü ilə məşğul olmaq onun uşaqlıq arzusu olub. Putinin atlara marağını bilib, çox dövlət başçıları ona at hədiyyə edib. 



8.Balıq ovu – Saatlarla tilov arxasında oturub ovunu gözləmək onun əsəblərini, zehnini, ruhunu  sakitləşdirir, stres atır. Putin tilovuna balıq düşəndə uşaq kimi sevinir. O, ən qısa istirahət dövründə belə mütləq çay və göl kənarına gedir. 

 


 


Az yemək, idman, üzmək, balıq, yaşıl çay, atlar və ….–  Putinin sağlamlıq sirləri
Az yemək, idman, üzmək, balıq, yaşıl çay, atlar və ….–  Putinin sağlamlıq sirləri