Çayxanalarda oturan kişilərin səhhətinə təhlükə - SƏBƏB

  • 2018.07.13 16:32
  • 19741 Baxış
Çayxanalarda oturan kişilərin səhhətinə təhlükə -  SƏBƏB
Siqaret çəkmək birmənalı olaraq insan sağlamlığı üçün ən zərərli vərdişlərdən biridir. Bunu hər kəs bilir. Amma siqareti çayla birlikdə içmək bu zərəri iki qat artırır.

 

Hətta qida borusu xərçənginə kimi qorxulu xəstəliklə nəticələnə bilər. Bu haqda Türkiyənin daxili xəstəliklər üzrə mütəxəssisi, qastroentroloq Yüksel Gümürdülü xəbərdarlıq edib.


Kişilərdə daha çox görülən bu xəstəlik onların daha çox çay, isti içki, spirtli içki və siqaret çəkməsi ilə bağlıdır.


Medicina.az xəbər verir ki, hər gün çayxanalarda vaxt keçirib, isti çayla siqareti eyni vaxtda qəbul edən insanın qida borusu, qırtlaq və udlaq toxumaları zədələnir.


Həkim bildirib ki, qida borusu xərçəngi ilk növbədə özünü udma çətinliyi ilə göstərir. Əvvəl-əvvəl qatı qidaları yeyərkən yaşanan udqunma çətinliyi sonradan duru yeməklərdə də baş verir. Bununla yanaşı, digər əlamətlər də var - mədə ağrısı və arıqlama, sinə nahiyəsində yanma və ağrı, səs qısıqlığı, qidaların ağıza geri gəlməsi, qanama, öskürək, boğulma hissi ola bilir. 


Bu xəstəlikdə riskli qrup 50 və 70 yaş arasıdır. Endoskopik müayinə xərçəngin aşkarlanmasında önəmli rol oynayır. Müalicə üsulu isə 3 yöndə - cərrahi, radioloji və onkoloji olaraq aparılır. İlkin mərhələdə cərrahi üsul çox daha müvəffəqiyyətlidir. 

Çayxanalarda oturan kişilərin səhhətinə təhlükə -  SƏBƏB