Çayı çox isti içənlər, diqqət! - Bu xəstəlik belə yaranır

  • 2018.11.15 22:09
  • 17860 Baxış
Çayı çox isti içənlər, diqqət! -  Bu xəstəlik belə yaranır
Udqunarkən çətinlik çəkmə, qusma, yemək yeyərkən öyümə, öskürük, qan, çəki itkisi, qarın nayihəsində yanma, səsin qısılması....


Xərçəngdən olan ölümlərdə yeddinci yeri tutan qida borusu xərçəngi genetik və ətraf mühit faktorları ilə bağlı xəstəlikdir.  


Medicina.az xəbər verir ki, kişilər, yaşlılar, artıq çəkidən əziyyət çəkənlər, çox alkoqollu içki içənlər, siqaret çəkənlər, sağlam qidalanmayanlar, çox isti yemək yeyənlər və isti içkilər içənlər daha çox risk altındadır. 


İçkidən istifadə bu xəstəliyə yoluxmada çox böyük rol oynayır


Qidalanma vərdişləri qida borusu xərçənginə yoluxmanın səbəbi ola bilər. Daimi hazır qidalardan istifadə, lifli məhsullardan imtina etmək, siqaret çəkmək qida borusu xərçəngi riskini artırır. 


Ən dəqiq diaqnoz üsulu endoskopiyadır


Qida borusu xərçəngini müəyyən etmənin ən dəqiq yolu kameralı kapsula və endoskopiyadır. Endoskopiya müayinəsi xəstəliyin necə müalicə olunacağını da müəyyən edir. Həmçinin xəstəliyin hansı dərəcədə olduğunu və nə qədər irəlilədiyini aşkar etmək üçün PET (Pozitron emisiya tomoqrafiyası) və kompyuter tomoqrafiyasından istifadə edilir. 


Müalicəsi


Qida borusu xərçənginin müalicəsi şişin hansı mərhələdə olduğundan və qida borusunda nə qədər yayıldığından  asılıdır. Adətən cərrahiyyə üsuluna əl atılır. Yemək borusu həyati vacib orqanlara və bədəndəki əsas damarlara yaxın olduğu üçün əməliyatı təcrübəli cərrahlar etməlidir. Əməliyatın əsas məqsədi xərçəng yayılan hissəni və ona yaxın xərçəngin yayılma ehtimalı olan hüceyrələri təmizləmək və mədə, bağırsaqlardan sağlam bir qida borusu yaratmaq, həzm sisteminin davamlılığını təmin etməkdir. 


Digər bir müalicə üsulu isə şüa terapiyasıdır. Bu üsulla xərçəng hüceyrələrinə yüksək enerji şüaları ötürülür və onlar yox edilir. Bununla yanaşı kimyaterapiyadan da istifadə olunur. Kimyaterapiya isə əməliyyatdan əvvəl xərçəngli hüceyrələrin kiçildilməsi üçün edilir. Bütün bu üsullar işə yaramadığı zaman tıxanıqlıq olan hissəyə stent taxılır və  həzm sisteminin davamlılığı təmin olunur.


Aysel

Medicina.az