Ayaqlarınızı alma sirkəsində vanna edin – Xəstəlikləriniz gedəcək

  • 2018.05.17 20:29
  • 15817 Baxış
Ayaqlarınızı alma sirkəsində vanna edin –  Xəstəlikləriniz gedəcək
Alma sirkəsi – sirkələrin anası hesab olunur. O, ilk növbədə antibakterial və göbələkəleyhinə təsirlidir. Medicina.az alma sirkəsinin bilmədiyiniz müalicəvi tətbiqlərini təqdim edir.


-Boğazın ağrıyanda, anginada, faringitdə- qarqara et. Bir stəkan isti suda 4 xörək qaşığı sirkə həll et. 

-Burunu təmizləyən nazal vasitədir. İş ondadır ki, sirkədə B, E, kalsiy və maqniy var. Bu mikroelementlər burun yollarını təmizləyir, allergiya tutmasını sakitləşdirir.


-Başdakı kəpəyi aparır. Alma sirkəsi baş dərisinin PH balansını normallaşdırır, qaşıntını götürür, bakteriya və göbələkləri öldürür. 

-Gecə əl-ayaq qıcolmalarını aradan qaldırır. Bunun üçün ayaqları sirkəli suda vanna etmək və 2 xörək qaşığı sirkəni bir stəkan isti suda həll edib, yatmazdan əvvəl içmək.


-Ayaqlardakı qoxunu aradan qaldırır. Ayaqdan qoxunun səbəbi mikrob və göbələkdir. Alma sirkəsini salfetlə isladıb, ayaqlara qoymaq lazımdır.

-Köp və meteorizmdən xilas edir. Bir çay qaşığı sirkəni suda həll edib, hər dəfə yeməkdən əvvəl qəbul edin. 


-Ayaq damarlarını yaxşılaşdırır. Varikozu olan insanlar alma sirkəsi vannası edib, damarlar çıxan nahiyəyə sirkədə isladılmış tənzif qoya bilər.