BölmələrRU
Xidmətlər
 

Ayaqlardakı şişlərdən qurtulmağın ƏN ASAN 5 ÜSULU

Çox ayaqda qalmaq, hərəkətsiz olmaq, həmçinin hərəkətsiz oturmaq ayaqların şişməsinə yol açır. Mövcud işlərin əksəriyyətinin oturaq olduğunu nəzərə alsaq, bir çoxunun bu şişliklərdən əziyyət çəkdiyini demək olar. Lakin hər kəs bundan qurtulmağın yollarını bilmir.

Bu səbəbdən Medicina.az təbii üsullarla ayaq şişlərindən qurtulmağın üsullarını təqdim edir:

Qreypfurt yağı – Belə uçucu yağlar ayaqlardakı şişlər üçün istifadə edilə bilər. Bu yağ dəridə bir gecə saxlanıldığı zaman müsbət nəticə verir.

Xiyar – Bir ədədini doğrayın. Ayaqlarda şişən nahiyələrə tətbiq edin və üzərini bandaj ilə bağlayın. Xiyar sərtliyi, ağrıları azaldır və ayaqları rahatladır.
 


Limon – Limon suyu, toz darçın, yağ, süd, su qarışımı. Xəmir halına gələn qarışımı şişən ayaqlara tətbiq edin. Bu, ən təsirli həll yoludur. 

Alma sirkəsi – Ayaqlardakı şişləri azaldır. Sirkəni şişmiş hissəyə çəkin və ya ayağınızı bu suda saxlayın.

Sodanı və düyü suyunu eyni miqdarda xəmir halına gələnə qədər qarışdırın. Əldə edilən qarışımı şişin üzərinə tətbiq edin. Bir müddət gözlətdikdən sonra su ilə durulayın.
 
Şəhanə Quliyeva