Ayaqlara kələm sarısaq... – Həqiqətən ağrı və şişi götürürmü?

  • 2018.02.05 16:08
  • 56969 Baxış
Ayaqlara kələm sarısaq... –  Həqiqətən ağrı və şişi götürürmü?

Neçə illərdir ki, kələm yarpağı haqqında əfsanələr dolaşır. Nənələrimiz onu ayaqlarına sarıyıb, ağrını, şişi azaldırlarmış. Oynaq sümük ağrılarında ayağa kələm yarpağı sarımaq əslində çox effektiv təsirə malikdir. 


Diz iltihabında iri kələm yarpağı götürülüb, üzərində bir neçə yerdən bıçaqla nazik kəsiklər atıb, plitədə isidilir, üzərinə nazik qatla təmiz bal çəkilir. Yarpaq ağrıyan dizə, oynağın üzərinə qoyulub sarılır, üzərindən sellofan qoyulur və isti şərflə, yaylıqla bağlanır. Bu kompress kecədən səhərə kimi qalmalıdır. Bir kurs 1 aydır.


Kələm yarpağını revmatizm, artroz, artrit, oynaq duzlaşmalarında üzərinə kamfora yağı və ya xardal da çəkib qoya bilərsiz. 


Ayağında ağrılar olanlar günü bu gün sınasın. Bu üsulun ziyanı yoxdur ki, xeyri var.