Ayaqdakı sümük çıxıntısından necə xilas olmalı – RESEPTLƏR

  • 2018.06.08 17:40
  • 40762 Baxış
Ayaqdakı sümük çıxıntısından necə xilas olmalı –  RESEPTLƏR
Ayaqlarda baş barmağın deformasiyası və sümük çıxıntısı daha çox qadınlarda müxtəlif səbəblərdən yaranır və insana əziyyət verir: çox dar ayaqqabı, qidalanma, irsi, yastıayaqlıq, revmatizm, artrozlar bu simptoma səbəb olur.


Bu şişdən qurtulmaq üçün ortopedlər xüsusi korrektəedici vasitələr təyin edir, ağır formada isə əməliyyat təyin olunur.


Amma xalq üsulu ilə bu bəladan qurtulmaq üçün vaxtında çarə etmək lazımdır:


-İlk növbədə, orqanizmi artıq duzlardan təmizləmək lazımdır. 1 xörək qaşığı narın dəfnə yarpaqları üzərinə 300 ml su alıb, qaynadılır. Sonra termosa tökülüb, səhərə kimi dəmlənir. Səhər süzülür və gün ərzində az, kiçik qurtumlarla içilib bitirilir. Hər axşamdan təzə məhlul hazırlanmalıdır. Bir kurs 1 aydır.


-Ayaqları hər gün isti və soda qatılmış suda vanna et və gecə yatanda şiş üzərinə bu vasitəni çək: 5 tablet aspirini əz, 10 ml yodda həll et. Yalnız şişka olan nahiyəyə çək. 


-Həmçinin yodu eyni miqdar limon suyu ilə qarışdırın, çıxmış sümüyün üzərinə çək. 

Ayaqdakı sümük çıxıntısından necə xilas olmalı –  RESEPTLƏR