Ayaqda göbələkdən əziyyət çəkənlərə - Evdə müalicə üsulları

  • 2018.11.21 19:11
  • 13614 Baxış
Ayaqda göbələkdən əziyyət çəkənlərə -  Evdə müalicə üsulları
Ayaq barmaqları arasında göbələk – Mikoz geniş yayılmış xəstəlikdir. Xüsusən yaz-yay aylarında kəskinləşir. Bu xəstəlik üçün tətbiq olunan dərman və mazlar da bahalıdır, heç də həmişə effektli olmur.


Medicina. az bu problemlə mübarizə aparmaq üçün sınanmış və müsbət rəy almış 5 el üsulunu və təbii vasitəni təqdim edir.


1.Palıd qabığı dəmləməsindən vanna

200 qram palıd qabığı (aptekdə satılır) 1 lirt soyuq suya əlavə olunaraq, qazanda 15 dəqiqə qaynadılır. Sonra soyudulur. Ayaqlar bu məhlulda vanna olunur. Vannadan sonra ayaqlar təmiz qurulanır.


2.Yod

Gündə 2 dəfə göbələklə zədələnmiş dırnağa 1 damcı yod damızdırın. 2-3 həftə müalicə olunur. Yod göbələyi məhv etmək üzrə ən ucuz üsuldur. 


3.Çay ağacı yağı

Bu yağ göbələk, qaşınma əleyhinədir. Bu yağdan əldə edib, dırnaqlara çəkin. Çay ağacı antibakterial təsir edir. 


4.Soğan və sarımsaq suyu

Ayaqlarınızdan soğan-sarımsaq iyi gəlsə də bu qədim metodu sınayın. Soğan-sarımsaqda olan iltihab əleyhinə maddələr ordusu göbələyə qısa müddətdə qalıb gələcək.  Yarım ədəd soğan və 5 diş sarımsağın şirəsini sıxıb, barmaqlara çəkin və ya tənzifi isladıb, kompress qoyun.


5.Çiy kartof

Kartofu nazik plastin kimi kəsib, zədəli hissəyə qoyub, üzərindən plastırla bərkidin. 30-40 dəqiqə saxlanılır. 1 ay müalicə kursu olmalıdır.