Ayaq şişkinliklərini azaldan TƏBİİ ÜSULLAR

  • 2018.06.26 12:06
  • 2454 Baxış
Ayaq şişkinliklərini azaldan  TƏBİİ ÜSULLAR
Yay ərzində bir çox insanlar ayaq ağrıları və şişkinliklərindən şikayətlənirlər.


Medicina.az xəbər verir ki, belə şişkinliklər ürək-damar, böyrək, limfatik sistemi xəstəliklərinin, sümük və oynaq patologiyalarının əlaməti ola bilər.


Bir sıra təbii üsullarla ayaq şişkinliklərini azaltmaq mümkündür. Həmin resepti təqdim edirik:


1. 2 x.q xırda doğranmış təzə cəfəri 1 stəkan qaynar suda 1 saat ərzində dəmlənir, süzülür və gündə 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla içilir.


2. 2 x.q. təzə və ya 1 x.q. qurudulmuş qarğıdalı saçaqları 1 stəkan qaynar suda 1 saat ərzində dəmləyin, süzün və gün ərzində 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla qəbul edin.