BölmələrRU
Xidmətlər
 

Çaya kərə yağı qatıb içdikdə nə olur - Tatarsayağı müalicəvi resept

Türkiyəli kardioloq, professor Canan Karatay çaya şəkər əvəzinə kərə yağı atmağı məsləhət görüb.

Medicina.az xəbər verir ki, həkim bunu onun çox faydalı olması ilə izah edib.

Bəs kərə yağlı çayın faydaları nələrdir?

Rahatladıcı və yumşaldıcı təsiri sayəsində çay cəmiyyətimizin ayrılmaz hissəsi olub. Hələ qədim zamanlardan min bir dərdin dərman olan çay şifahi xalq ədəbiyyatımızda da xüsusi yer tutub, ona mahnılar və şeirlər yazılıb.

Müxtəlif ölkələrin mədəniyyətlərindən asılı olaraq çayı hər xalq özünəməxsus şəkildə içir. Məsələn, bizdə çayı milli şirniyyatlar və mürəbbə ilə içməyi daha çox sevirlər, Türkiyədə şəkərlə qarışdıraraq, Tibetdə duzlu, İngiltərədə isə südlü çaydan istifadə edirlər.

Tibetlilər eyni zamanda sadə çayın dəminə kərə yağı, duz, yumurta və qoz kimi yeməklər qatırlar.

Canan Karatayın da yağlı çay resepti tibetlilərdən götürülüb. Kərə yağının antioksidant tərkibi az olsa da, zülal və xolesterinə faydalı təsir göstərir.

Dəridə yaranan çatları yox edərək parlaqlıq qazandırır. İmmunitet sistemini möhkəmləndirir.

Çaya 1 və ya 2 çay qaşığı kərə yağı əlavə etmək damarların tıxanmamasının da qarşısını alır(publika.az).