- Xeyli dərdə dərmandırÇay ağacı yağı

  • 2018.12.10 11:00
  • 12960 Baxış
 - Xeyli dərdə dərmandır Çay ağacı yağı
Bu yağla psoriazı, göbələyi, soyuqdəyməni, sızanaqları müalicə edin


Apteklərdən bir sıra müalicəvi təsirə malik bitki yağlarına rastlaşmaq mümkündür. 


Medicina.az bu dəfə sizə çay ağacı yağının faydaları və tətbiq sahəlrindən söhbət açır: 


Çay ağacı yağının tərkibində 92 müxtəlif komponent olduğu üçün bir sıra müalicəvi xüsusiyyətlərə malikdir. Bu maddə vasitəsilə  dəridə olan bir çox problemləri aradan qaldırmaq, immuniteti gücləndirmıək mümkündür. Çay ağacı yağı üzün rəngini açır, ona sağlam və təravətli görüntü bəxş edir. Antiseptik və antibakterial xüsusiyyətləri sayəsində dəridə olan sızanaqları, yaraları hətta psoriazı yox edir. Regenerasiya edici xüsusiyyəti isə yeni dəri hüceyrələrinin yaranmasını təmin edərək üz dərisini bərpa edir.  


İstifadəsi: 


1. Duz qəbul etdikdən sonra ayaqlara çəkildikdə ayaq dərisini yumşaq edir. 


2. Üz təmizləyici vasitənin içərisinə 1 neçə damcı əlavə edildikdə üz dərisinin vəziyyətini yaxşılaşdırır. 


3. 30 damcı çay ağacı yağını, 10 damcı lavanda yağı, 10 damcı mixək yağı və 230 qr aloe şirəsi ilə qarışdıraraq əl üçün dezinfeksiyaedici vasitə hazırlamaq mümkündür. 


4. Bakterilaradan qurtulmaq üçün diş fırçasının üzərinə 1-2 damcı çay ağacı yağı əlavə etmək kifayətdir. 

 

 ÐšÐ°Ñ€Ñ‚инки по запросу Çay ağacı yağı


Çay ağacı yağından müalicə məqsədilə aşağıdakı hallarda istifadə etmək olar: 


- sızanaq


- qulaq ağrısı


- herpes


- suçiçəyi


- ağızdan xoşagəlməz qoxu gələn zaman


- bakteriya infeksiyalarında

 

- göbələk infeksiyalarında


- nəfəs yollarının infeksiyası və xəstəlikləri zamanı


- vaginal infeksiyalar


- həşərat dişləməsi zamanı.

 

Arzu

Medicina.az