BölmələrRU
Xidmətlər
 

Avtomobilə su qoymayın - Maşın partlaya bilər

Günəşli bir gündə, avtomobilin içərisində plastik qablarda su saxlanılması qorxulu nəticələr verə bilər.

Medicina.az xəbər verir ki, mütəxəssislər maşın sahibləri və sürücülərinə yaz-yay aylarında avtomobilin içərisində, açıqda plastik qablarda su saxlanılmamasına dair xəbərdarlıq edir.
 
Oklahamoda Yanğınsöndürmə qrupunun apardığı bir təcrübədə avtomobilin içərisində oturacağın üzərinə plastik şüşədə su qoyulur. Daha sonra avtomobil günəşli havada açıq yerdə park edilir.

Plastik butulkanın bir böyüdücü funksiyası rolunu oynaması, günəş şüalarının 120 dərəcəyə qədər yüksəlməsinə səbəb olur. Nəticədə öncə oturacaq, daha sonra bütünlüklə avtomobil alışa bilir.