Avropada yeni intihar maşını nümayiş olundu – Kim istəsə, ağrısız ölə biləcək

  • 2018.04.17 15:45
  • 15792 Baxış
Avropada yeni intihar maşını nümayiş olundu –  Kim istəsə, ağrısız ölə biləcək
Amsterdamda dəfn industriyasına aid sərgidə yeni ölüm maşını nümayiş olundu.


Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, holland dizayner Aleksandr Bannik uzun illərdir evtanaziyanın leqallaşdırılması üçün mübarizə aparır və insanların rahat ölə bilməsi üçün icad üzərində işləyirdi.

 

Budka formasında maşının içində çıxa bilən kapsul və azot rezervuarı yerləşdirilib. İnsan kapsulun içində uzanır, əvvəlcə yüngül başgicəllənməsi hiss edir, sonra dəqiqə içində huşunu itirib ölür.  


Sərgidə yalnız maket nümayiş olunub, amma maşın ilin sonuna tam hazır olacaq. 


Maşının mühəndisləri internetə bütün layihə və çertojları qoyacaqlarını bildirir. İnsanlar özləri bu budkanı hazırlaya bilər. 

Ilk belə maşın 2008-ci ildə Almaniyada ağır xəstəlikdən əziyyət çəkən vətəndaşlar üçün hazırlanmışdı. Hələ ki, belə maşınlarda evtanaziya heç bir ölkədə leqallaşmayıb.