BölmələrRU
Xidmətlər
 

Atipik pnevmoniyadan komaya düşən Aytac təcili Türkiyəyə çatdırılmalıdır – Uşağı xilas edəcək aparat Bakıda yoxdur/ SOS

Son günlər saytlar və sosial şəbəkələrdə 7 yaşlı Aytac Səfərovanın Türkiyədə müalicəsi üçün yardım kompaniyası keçirilir. Uşaq atipik pnevmoniyadan septiki komaya düşmüş, daha sonra komadan çıxarılmış, lakin hazırda ağciyərləri nəfəs almır. Aytacı xilas etmək üçün xüsusi aparata qoşmaq lazımdır ki, oksigen bu yolla toxuma və qana ötürülsün. 

Medicina.az 1 news.az-a istinadən xəbər verir ki, Aytacın anası Rəfiqə Abilova övladını təcili Türkiyəyə çatdırmaq üçün çarpışır. Ana övladının başına gələnləri danışdı:

" Əvvəlcə adi soyuqdəymə kimi idi, amma Aytac tez sağaldı. Amma mayda qəfildən pisləşdi – sonra bildik ki, xəstəlik gizli formaya keçib. Həkimlər deyir ki, bu atipik pnevmaniyadır və keçən saat onun əleyhinə işləyir. İndi özəl klinikada komadan çıxarılıb. Amma o aparat Bakıda yoxdur. Proseduru ancaq Türkiyədə bir neçə klinikada edirlər. Türkiyəyə isə mümkün qədər tez, hətta 1 gün ərzində getmək lazımdır. Çünki ağciyərlərə demək olar ki, oksigen çatmır, hər nəfəsalma sonuncu ola bilər. Mən pul tapa bilmirəm. Əsas odur ki, müəyyən qədər pulla Türkiyəyə çataq. Prosedurun qiyməti 30.000 dollardır. Qızımı komadan çıxarmağa 12.000 manat getdi. Hamı kömək etdi. Sata bildiyimi satdım. Mən bilmirəm körpəmi necə xilas edim. O əlacı uşaqdır, ağıllıdır. Onu itirmək istəmirəm”.

Hazırda uşağın müalicəsi ilə məşğul olan və Türkiyə ilə danışıqlar aparan pediatr-reanimatoloq Oqtay Xəlilov isə uşağın təcili Türkiyədəki klinikaya catdırılmasının vacibliyini bildirdi:

" Uşaqda ikitərəfli pnevmoniya, respirator distress-sindromdur. Üstəlik o septiki şok keçirdib. Biz əlimizdən gələni edib onu şokdan çıxardıq. Amma uşağı xilas edəcək o prosedur təcili olunmalıdır, çünki ağciyərlərin alveolları artıq oksigen ala bilmir. Hər an letal  vəziyyət yarana bilər. O aparat və prosedur 30.000 dollardır, amma məbləğ gedişatda arta da bilər. Mən uşaqla birgə Türkiyəyə kimi getməyə hazıram”.

Aytacın anası və həkimlər imkanlı şəxslərdən maddi dəstək gözləyir. Hətta az məbləğ belə az rol oynamır. Kİm kömək etmək istəsə, Bank hesabına köçürmə edə bilər.

Bank rekvizitləri qeyd olunub



Aytacın anası ilə əlaqə:
055 807 45 67 Rəfiqə xanım