ATEROSKLEROZ - 2-Cİ STENTƏ YOX!-VİDEO

  • 2018.06.05 17:28
  • 17302 Baxış
ATEROSKLEROZ -  2-Cİ STENTƏ YOX!-VİDEO
Ürək -damar xəstəlikləri Azərbaycanda əhalinin ölüm səbəbləri arasında 1-ci yerdə durur.

Orqanizmin ən mühüm orqanı olan ürək  nasos kimi işləyərək durmadan qanı arteriya damarları vasitəsilə orqan və toxumalara qovur.


Yaş artdıqca yanlış qidalanma, siqaret çəkmə, az hərəkətli həyat tərzi, səkərli diabet və s. bu kimi səbəblərdən arteriya damarlarında ateroskleroz adlanan xəstəlik inkişaf edir. Ateroskleroz zamanı damar divarı zədələnir, getdikcə sərtləşir, üzərində düyünlər əmələ gələrək damarı daraldır. Nəticədə orqanların qanla təchizatı pozulur,  miokard infarktı və beyin insultu kimi ölümə və əlilliyə səbəb olan ağır xəstəliklər yaranır.


 

Son zamanlar damarlarda kəskin daralmalar zamanı stent qoyulmasından geniş istifadə olunur.


Stentləşmə - invaziv cərrahi müdaxilədir; bu zaman daralmış damara metal boru yeridilərək damar mənfəzi süni şəkildə genişləndirilir. Xəstənin həyatını xilas etmək üçün kəskin daralmalarda damara stent qoyulmalıdır. Lakin bilmək lazımdır ki, stent yalnız kəskin simptomları aradan qaldırır, damarların daralmasına səbəb olan aterosklerozu müalicə etmir. Stent qoyulan xəstə "statin” adlanan dərmanlarla yanaşı trombozu əngəlləyən, arterial təzyiqi salan, ürəyin işini azaldan və s. kimi xeyli sayda  kimyəvi dərmanlar qəbul etmək məcburiyyətində qalır.

 

Ateroskleroz prosesinin davam etməsi digər damarların da tutulmasına gətirib çıxarır və yenidən miokard infarktı riskinə, beyin insultunun təkrarlanmasına, yeni damarlara stent qoyulmasına səbəb olur. Buna görə də, stentin qoyulması ilə yanaşı mütləq ateroskleroz müalicə olunub aradan qaldırılmalıdır.

Bu sahədə Bioloji Təbabət klinikasının həkimləri Almaniya və İsveçrəli   həkim həmkarlarının təcrübəsindən, onların tətbiq etdiyi müalicə üsullarından yararlanaraq, aterosklerozun müalicəsində uğurlar əldə ediblər.

 

Bioloji Tənzimləyici Təbabət üsulları ilə aparılan müalicələrin sonunda  damarların divarındakı aterosklerotik düyünlər getdikcə kiçilərək sorulur, damar divarı yenilənir, daralmalar tədricən aradan qalxır.  Nəticədə yenidən stent qoyulmasına ehtiyac olmur, miokard infarktı və beyin insultu riskini azalır.


Aterosklerozun aradan qaldırılmasına metabolik, immunoloji pozulmaların tənzimlənməsi, mikrosirkulyasiya və qanın reoloji  xüsusiyyətlərinin yaxşılaşdırlması, sistemli iltihabın aradan qaldırılması   ilə  nail olunur.

 


Tel.: (012) / (050) / (055) / (070) 430 89 89

Ünvan: Bakı ş, 3 mkr., Pişəvari 110 (Cavadxan küç 24), M.Əcəmi m.st. yaxınlığında