Aspirinin gündəlik işlərdəki MÖCÜZƏVİ FAYDALARI

  • 2017.12.16 11:40
  • 34622 Baxış
Aspirinin gündəlik işlərdəki  MÖCÜZƏVİ FAYDALARI
Aspirin dedikdə hər kəsin ilk ağlına təbii ki, daxilə qəbul olan dərman preparatı gəlir. 

 

Medicina.az xəbər verir ki, aspirin daxilə qəbul edilmədən də möcüzəvi faydalar verə bilir. 


Məsələn: 


Saçınızda kəpək varsa... – İki ədəd aspirini əzərək istifadə etdiyiniz şampuna əlavə edin. Saçınızı şampunladıqdan sonra  1-2 dəq gözləyin və yuyun.


Güldana qoyduğunuz çiçəklərin suyuna bir ədəd aspirin atmaqla onların ömrünü uzada bilərsiniz.


Parçadakı tər ləkəsini çıxartmaq üçün də bu dərmandan istifadə edə bilərsiniz. Bunun üçün 2 ədəd aspirini bir stəkan suyun içində əzərək əridin. Qarışımı paltarınızın tər ləkəsi olan hissəsində 2 saat gözlətdikdən sonra yuyun.


Sızanaqlardan xilas olun – Bir ədəd aspirini əzərək, az su ilə krem halına gətirin. Qarışımı sızanağın üzərinə sürtün və 1-2 dəqiqə gözləyin. Sonra sabunlu suyla yuyun.

 

Şəhanə Quliyeva