Bakıda unikal müayinə-müalicə metodlarıARTIQ "HEPATİT C" 6 AYA TAM SAĞALDILIR -

  • 2017.10.20 16:42
  • 26081 Baxış
 Bakıda unikal müayinə-müalicə metodları ARTIQ "HEPATİT C"  6 AYA TAM SAĞALDILIR -
DƏRMANSIZ HƏYATA DAVAM ETMƏK MÜMKÜNDÜR 


Chek-up- la yarı qiymətə tam müayinə, müalicə olunursuz 


Uzman doktor, hepatoloq-infeksionist  Nuri Bəslənin Medicina.az-a  müsahibəsi:


- Nuri həkim, bu vaxta kimi 3-6 aylıq müalicə kursu ilə neçə nəfəri tam sağaltmağa müvəffəq olmusuz?

- İl ərzində 200-dən artıq "Hepatit C” xəstəsi olan pasiyentləri sağaltmışıq. Müalicə qaraciyərin zədələnmə faizindən çox asılıdır.  Əgər xəstəlik çox irəliləyibsə, 6 aylıq müalicədən sonra 6 ay dərmansız gözləmə müddətinə keçirik. 

Xəstəliyi köhnə olmayan, normal durumda olan xəstələrdə 3 aya müalicə effekt verir və 3 ay təqib müddəti olur. 

 

- Sizin müalicə prinsipiniz nə ilə fərqlənir?

- "Hepatit C” üçün dünyanın inkişaf etmiş ölkələrində artıq standart protokollar var ki, burda son müayinə, müalicə və dərmanlar daxil olunub. Təəssüf ki, son illərə kimi və elə indi də Azərbaycanda əksər hallarda effektivliyi olmayan və ya köhnə standartlarda qalan müalicə metodları seçilir. Ya da faydası sübut edilməmiş ot tərkibli dərmanlar yazılır. Bu isə xəstəliyin gecikməsinə, irəliləməsinə səbəb olur. Qaraciyər xəstələrində isə vaxt önəmli amildir. Hazırda beynəlxalq standartlar hər il təzələnir. Yeniliklər daxil olunur. Biz bu yenilikləri təqib edirik. Qaraciyər xəstələrinə həkim özündən, öz fikrindən müalicə yaza bilməz.  Çünki Avropada, dünyada artıq qaraciyər xəstəlikləri bəlli bir standartlarla uğurlu müalicə olunur. Bizim işimiz bu müalicəni  tətbiq etməkdir. Hazırda qısa müddətdə effekt verən, qandan hepatit virusunu təmizləyən və sonradan qayıtmamasına səbəb olan yeni dərman preparatları çıxıb. Qaraciyər xəstələri "qonşu filan müalicə aldı, mən də edim sağalım” prinsipi ilə hərəkət etməməlidir. 


"Hepatit B” xəstələrini də müalicə edirik. Son standartlara uyğun müalicə ilə hepatit virusunun irəliləməsi prosesi tamam dayandırılır və qaraciyər hüceyrələrinin öz-özünü bərpa etməsinə fürsət verilir. Amma "Hepatit C”-də olduğu kimi orqanizmdən tamam çıxarılması üçün bəlli bir vaxt qoymaq olmur. "Hepatit B”-nin tamam təmizlənməsi şansı var. Qanda virusu sıfırlayıb, illərcə bu şəkildə qalmasını saxlayan effektiv dərmanlar mövcuddur. Qarşıdan gələn 3-4 ildə "Hepatit B” üçün də yeni nəsil dərmanlar satışa çıxacaq ki, bu da xəstəlikdən tamam xilas olmaq üçün daha böyük şanslar verəcək. Hazırda sınaqda olan dərmanlar var. 


- Bayaq söhbətinizdən belə başa düşdüm ki, qaraciyərin xəstəliynin tapılmasında diaqnozuna güvəndiyiniz bir ultrasəs aparatınız da var ki, biopsiyə ehtiyac olmadan diaqnoz qoyulur.

-Bəli, yeni USM aparatı qaraciyərin həm az, yüngül, həm ağır zədələnmələrini dəqiqliklə göstərir və illərdir aparılan sınaqlar nəticəsində güvən qazanıb. Bu aparatın cavabları ilə bioipsi cavabları eyni olur. Artıq Avropada, Amerikada hepatitlər üçün qaraciyərdən biopsi alınması üsulu tətbiq olunmur. Əgər qaraciyərin xəstəliyinin diaqnozu qoyulması çətinlik törədirsə, fərqli bir xəstəlikdirsə, o zaman nadir halda biopsi olunur. Hepatit B, C üçün biopsiyə gərək yoxdur. Həm də biopsi olduqca ağrılıdır, çətindir, qaraciyər kapsulu zədələnir, qanama, infeksiya düşmə ehtimalı var. 

Klinikamızda Philips EPİQ 7 cihazı ilə elastoqrafiya qaraciyərin hər nöqtəsini bizə görməyə imkan verir. 

 


- Elanlardan görürük ki, 6 aylıq Chek-up müayinə paketinin qiyməti də sərfəlidir. Az qala belədir: bir dəfə ödə və sağal... 

- Bəli, demək olar ki, ayrı müayinələrə, müalicələrə, analizlərə xərclənəcək məbləğin yarı qiymətidir. Artıq xərcə gərək yoxdur. Həm də vaxt itkisi olmur. 

 

- Hepatitdən sığortalanmaq, profilaktika üçün nələr edə bilərik? Sağlam biri hepatit chek-up-dan keçə bilərmi?

- "Hepatit B” üçün peyvəndlər var. İnkişaf etmiş ölkələrdə az qala küçədən keçəni qolundan tutub peyvənd edirlər. Əvvəllər bu peyvənd baha idi. İndi Türkiyədə bu peyvəndin bir dozasını 2 dollara alırlar.  Hər kəs bu peyvəndi edə bilər və mütləq etdirməlidir. "Hepatit C” üçün təəssüf ki, önləyici peyvənd yoxdur. Gələcəkdə bu peyvəndin olacağı da gözlənilir.

 

Türkiyə, Rusiya, Azərbaycan kimi ölkələrdə insanlar hətta sağlam olsalar belə, ildə bir dəfə yoxlanmalıdır: əsas da yoluxmaya zəmin yaradacaq peşələrdə çalışanlar: həkimlər, stomatoloqlar, qan köçürməsi olan insanlar, gözəllik salonlarında çalışanlar, əməliyyat keçirən hər bir şəxs, riskli cinsi əlaqələrdə olan insanlar mütləq ildə bir dəfə yoxlanmalıdır. "Hepatit C” nə qədər erkən tapılsa, bir o qədər tez, ucuz, asan sağalır. İkincisi mümkün qədər qorunmaq, təhlükəli məqamlardan uzaq durmaq, sterilizasiya, dezinfeksiya işlərinə önəm verməli, şəxsi əşyalardan istifadə etmək lazımdır. 

 

- Hazırda Azərbaycanda "Hepatit C”-nin yayılma statistikası hansı vəziyyətdədir?

- Türkiyədə "Hepatit C” xəstəliyinin statistikası 2025-ci ildə pik nöqtəsinə çatacaq. Ən yüksək nöqtəyə çatdıqdan sonra enmə dövrü başlayacaq. Azərbaycanda bu bir az daha uzun vaxt alacaq. İndi Azərbaycanda hələ ki, bu rəqəm artıma doğru gedir. Çünki yoluxma səbəbləri artır, insanlar hələ  az məlumat alır, az qorunur, müayinəyə gec gəlir. Getdikcə xəstə sayı artacaq, amma sağalanların da sayı artacaq. Bəlli nöqtəyə çatandan sonra artıq toplum olaraq hər kəs maariflənmiş olacaq, o zaman xəstəlik eniş xəttinə düşəcək. 

 


 

- Çox gecikmiş xəstəniz kim olub və onun müalicəsi necə effekt verdi?

- Orqan köçürülməkdən başqa çarəsi qalmayan və son həddə olan xəstələrimiz olub və var. Burda əsas məsələ xəstədə öndəyərlindirməni düzgün aparmaqdır. Əgər o qaraciyərdə öz-özünü bərpa edəcək hüceyrə varsa, buna ümid varsa, biz o xəstəni transplantasiyaya göndərməzdən əvvəl müalicə edirik, bir şans veririk. Son dönəm olmasına rəğmən hazırda transplantasiya olmayan və ya gözləyən, amma yaşamağa davam edən xəstələrimiz var. Dərmansız bir şəkildə həyatını sürür. Transplantasiya da çox çətin, bahalı prosesdir, hər adamın imkanı çatmır. 


- Təkcə qan analizi vermək tam əmin olmaq üçün yetərlidirmi?

- "Hepatit C” üçün fərqli yoxlanma üsulları var. Qan testləri ən tez, ən ucuz variantdır. Amma bu analizlərlə yanlış olaraq pozitiv verdiyi, yanlış neqativ verildiyi xəstələr olur. Onun üçün daha keyfiyyətli testlərdən keçmək lazımdır. "Hepatit C” uzman həkimə, professionala yoxladılmalıdır. Şanslı olan xəstələrdə xəstəliyin kliniki əlaməti özünü göstərir. Bu da 100 insanda 10 nəfərdə büruzə verir. 90 faiz hallarda heç bir şikayət olmur, xəstəlik gizli başlayır, gizli davam edir.


İlkin əlamətlərdən gözlərin saralması, selikli qişanın saralması, sidiyin tündləşməsi və s. Yoxlanmazsa və ya təsadüfən tapılmazsa, iş işdən keçir. Müalicə uzun, bahalı olur. Düzdür, indi dərman preparatlarının sayəsində gecikmiş xəstə problemi xeyli azalıb. Bizə xəstələr bir xəstəliklər deyil, xəstəlik buketi ilə gəlir. "Hepatit C” də var, diabeti də var, ürək damar problemi də.. və ya hepatit də var, SPİD-də. Amma buna baxmayaraq, bu günə kimi itirdiyimiz, müalicəni yarıda buraxdığınmız xəstəmiz olmayıb, bundan sonra da olmaz. 


Aygün Musayeva

Medicina.az

 Bakıda unikal müayinə-müalicə metodları ARTIQ "HEPATİT C"  6 AYA TAM SAĞALDILIR -
 Bakıda unikal müayinə-müalicə metodları ARTIQ "HEPATİT C"  6 AYA TAM SAĞALDILIR -
 Bakıda unikal müayinə-müalicə metodları ARTIQ "HEPATİT C"  6 AYA TAM SAĞALDILIR -