Artıq çəki faydalı imiş - ARAŞDIRMA

  • 2018.03.20 12:30
  • 16642 Baxış
Artıq çəki faydalı imiş  - ARAŞDIRMA
Kanadanın Monreal universitetinin alimləri çəkinin artımı zamanı neyropilin-1 iltihablı zülalının aktivləşdiyini müəyyən edib. Bu zülal insanın metabolik sağlam kökəlməsinə vasitəçilik edir.


Medicina.az oxu.az-a istinadən xəbər verir ki, bu haqda araşdırmanın nəticələri "MedicalXpress”də dərc olunub.


Sözü gedən metabolik sağlam kökəlmə ürək-damar sisteminə hər hansı problem yaratmayan çəki artımı hesab olunur.


İnsan orqanizmində yağlar triqliseridov və adiposit hüceyrəsindən ibarət xüsusi toxumaların xolesterin efirləri şəklində saxlanılır. İstifadə olunan kalorilərin miqdarından asılı olaraq, adipositlər yağı ya əlavə enerji mənbəyi kimi yandırır, yada onu piy şəklində toplayır.


Triqliseridlər və xolesterininin miqdarı artıq olduqda, damar divarlarını zədələyən və ürək-damar sisteminin funksionallığını pozan iltihab faktorları işə düşür.


Araşdırmada məlum olub ki, piy toxumasında eyni zamanda spesifik immun hüceyrələr – "neyropilin-1” makrofaqları yer alır. Həmin hüceyrələr artıq piyi kənarlaşdıraraq, neqativ effektlərin qarşını almaq üçün onu orqanizmin müxtəlif hissələrinə paylayır.


 Siçanlar üzərində aparılan eksperimentlər göstərib ki, makrofaqların gəmiricilərin orqanizminə ötürülməsi (onurğa beyninin transplantasiyası yolu ilə)  qanda olan şəkər səviyyəsinin tənzimlənməsinə kömək edir.