Ağrıkəsici dərman 456 insanın ölümünə səbəb oldu - Səhiyyədə QALMAQAL

  • 2018.06.21 12:27
  • 10576 Baxış
Ağrıkəsici dərman 456 insanın ölümünə səbəb oldu - Səhiyyədə  QALMAQAL
Pasiyentlərə güclü ağrıkəsicilərin verilməsi nəticəsində 456 nəfər həlak olub.

 

Medicina.az xəbər verir ki, hadisə İngiltərənin Hempşir qraflığında yerləşən Gosport War Memorial xəstəxanasında baş verib.

Bu barədə 2014-cü ildən bəri milyonlarla tibbi sənədi araşdıran müstəqil komissiyanın hesabatında deyilir.


İddiaya görə 1989-2000-ci illər ərzində xəstəxananın pasiyentlərinə izafi dozalarda kliniki təsdiq olunmamış opioidlər verilib.


 

Həkim Ceyn Barton 1996-1999-cu illər ərzində 12 xəstəyə tibbi yardımın göstərilməsində səhlənkarlığa görə töhmət alsa da, ona qarşı heç bir cinayət işi açılmayıb və ölüm halları ilə bağlı faktlar üzə çıxdığı ərəfədə təqaüdə çıxıb.

Britaniya baş naziri Tereza Mey isə qurbanların ailələrindən üzr istəyərək səhiyyə idarəsinə, məsələni hərtərəfli araşdırmağı tapşırıb.