Arı südü ilə müalicə - Bu ağır xəstəliklərdən xilas edir

  • 2019.02.13 17:36
  • 25939 Baxış
Arı südü ilə müalicə -  Bu ağır xəstəliklərdən xilas edir

Bəzi alimlər arı südünü bütün xəstəliklərin əlacı kimi görür, bəziləri isə bu maddənin hələ çox araşdırılmasının vacibliyini bildirirlər. 


Bəs görəsən, arıçılığın bu məhsuluna olan maraq haradan qaynaqlanır? Ana arı işçi arılardan yalnız öz böyük bədən ölçüsünə görə deyil, həm də gün ərzində 2500-300 ədəd yumurta qoymaq qabiliyyəti ilə seçilir.

 

Ana arının ömrü 2-6 il, işçi arıların ömrü isə 30-35 gün təşkil edir. Nə üçün bir yumurtadan işçi arılar, digərlərindən isə ana arılar çıxır. Burda əsas məsələ yumurtada deyil, onların tərkibində olan qidalı maddələrdədir. Ana arı xamaya bənzər xüsusi maddə ifraz edir ki, bu maddə də arı südü adlanır. Məhz bu maddə müalicəvi xüsusiyyətləri ilə fərqlənir.

 

Arı südünün tərkibində olan E vitamini və cinsi hormonlar kişi və qadın sonsuzluğu zamanı tətbiq edilir. Bundan əlavə arı südünün tərkibində inək südündən 6 dəfə çox zülal, Həmçinin В1, В2, В3, В6, Вс, В12, РР, Н vitaminləri var. Bu maddələr hamilə qadınlar, uşaqlar, yaşlı insanlar üçün təhlükəli hesab edilmir. Arı südü anemiyanın müalicəsində də uğurla tətbiq edilir. Bu maddəni əsasən vaxtından əvvəl doğulan körpələrə verirlər. O uşaqların iştahasını artırır, immuniteti möhkəmləndirir, fiziki aktivliyi artırır. 


Menopauzada olan qadınlar bu maddədən istifadə etdikdə əhvalları düzəlir, orqanizmin enerjisi və cavanlığı qorunub saxlanır. Arı südü qan damarlarını genişləndirərək hipertoniyanın müalicəsində yaxşı effekt verir. Arı südündən aşağıdakı qaydalarda istifadə etmək mümkündür: 


1. Təzə arı südünün 10-100 qr-nı yeməkdən 30 dəqiqə əvvəl acqarına dilinizin altına qoyun. 


2. 250 mq arı südü və 100-120 qr bal qırışığını yeməkdən əvvəl 1 ç/q dilinizin altına qoyun. 


3. 1-in 2-yə nisbətində arı südünü araq ilə qarışdırın. Yeməkdən yarım saat əvvəl gündə 3-4 dəfə 5-10 damcı qəbul edin. 

 



Arzu

Medicina

Arı südü ilə müalicə -  Bu ağır xəstəliklərdən xilas edir