Apteklərdən ən çox alınan dərmanlar - SİYAHI

  • 2017.09.18 15:09
  • 30071 Baxış
Apteklərdən ən çox alınan dərmanlar -  SİYAHI
Azərbaycanda əhali tərəfindən ən çox istifadə olunan dərman vasitələri və tibbi məhlullar məlum olub.


Medicina.az xəbər verir ki, Trend-in apardığı araşdırmaya əsasən, əhalinin apteklərdən daha çox aldığı dərmanlar əsasən bu cür təsnif oluna bilər: ürək-damar sistemi xəstəlikləri ilə bağlı dərmanlar, ağrıkəsicilər, soyuqdəyməyə qarşı dərmanlar (xüsusən uşaqlar üçün).


Dərman idxalı və satışı ilə məşğul olan mənbədən daha çox alınan dərmanlarla bağlı sorğuya cavab olaraq təqdim olunmuş siyahı isə aşağıdakı kimidir:

 


1. Sitramon (həblər)


2. Tetratsiklin (həblər)


3. Yod 5% 10 ml (Spirtli məhlul)


4. Tseftriakson 1 qr (Ampula)


5. Valerian ekstrakt 20 mq № 50 (Həblər)


6. Bitsillin-5 1 500 000 ЕД № 1 (Ampula)


7. Natri xlorid 0,9% 200 ml (Məhlul)


8. Flukonazol 150 mq № 1 (Kapsullar)


9. Ampitsillin 1 qr (Ampula)


10. Uqol aktiv № 10 (Həblər)


11. Ringer (polipropilen) 500 ml (Məhlul)


12. Perekis 3% 100 мл (Məhlul)


13. Spazmalqon № 20 (Həblər)


14. Omeprazol 20 mq № 10 (Kapsullar)


15. Analqin 0,5 гр № 10 (Таблетки)


16. Vitamin С 5% 2 ml № 10 (Ampula)


17. Metronidazol 0,5% 100 ml (Məhlul)


18. Tibbi spirt 95% 100 ml (Məhlul)


19. Kaltsi qlükonat 0,5 qr № 10 (Həblər)


20. Qlükoza 5% 200 ml (Məhlul)

 


Qeyd edək ki, bundan başqa əhali tərəfindən apteklərdən daha çox alınan tibbi məhsullar sırasına şprislər, pambıq və tibbi tənzif daxildir.