Aparıcı Zaur Baxşəliyev mədə ağrısı səbəbindən xəstəxanaya yerləşdirilib.
Medicina.az xəbər verir ki, o bu barədə sosial şəbəkədə xəbər verib və qastroskopiya - zond udma müayinəsindən foto və video paylaşıb.
Zaur paylaşımına "Səhhətinizi qoruyun. Sağlamlıq hər şeydən üstündür. İnsan ağrıyanda əzizləri belə gözünə görünmür. Mədəm yoxlanılacaq” sözlərini yazıb.
Aparıcı xeyli müddətdir ki, mədə-bağırsaq problemlərindən əziyyət çəkir.