Vüsalə əməliyyat olundu - Ödü şişib, partlamaq üzrə idi

  • 2018.11.19 17:01
  • 15112 Baxış
Vüsalə əməliyyat olundu -  Ödü şişib, partlamaq üzrə idi

ATV kanalının aparıcısı Vüsalə Əlizadənin səhhətindən problemlər yaranıb. 


Medicina.az publika-ya istinadən xəbər verir ki, "Dəb mənəm" verilişinin aparıcısının səhhətində problemlər yaranıb. Bunun üçün o, İstanbula yola düşüb. Əldə olunan məlumata əsasən, özəl xəstəxanaların birində həyata keçirilən əməliyyat uğurla başa çatıb. Vüsalə Əlizadə hazırda müalicəsinə Türkiyədə davam edir.


Aparıcı "Qafqazinfo”ya açıqlama verərək öd kisəsindən əməliyyat olunduğunu bildirib: "Bu ayın 15-i məktəblər tətilə buraxıldı. Qızım Dilək, anam, bacım və bacımın həyat yoldaşı ilə İstanbula gəldik. Fikirləşdim ki, uşaqlar istirahət etsin. Ayın 16-sı səhər yeməyindən sonra mədəm çox ağrıdı, dözə bilmirdim. Dərman da içdim, faydası olmadı. 


Həkimimin yanına getdim, dedi ki, öd problemi ola bilər. Ultrasəs müayinədən sonra məlum oldu ki, ödüm şişib və təcili əməliyyat olunmalıyam. Hər an ödüm partlaya bilərdi. Qorxdum, elə orada əməliyyat olundum. Xırda daş olub, öd kanalının ağzını tutub. İndi şükür ki, yaxşıyam”. 



Qeyd edək ki, Vüsalə uzun illər əvvəl böyrəyindən əməliyyat olub. O, hazırda anasının böyrəyi ilə yaşayır.


Vüsalə əməliyyat olundu -  Ödü şişib, partlamaq üzrə idi