Antibiotiklər xərçənglə mübarizə aparan bakteriyaları məhv edir

  • 2017.11.11 15:26
  • 14822 Baxış
Antibiotiklər xərçənglə mübarizə aparan bakteriyaları məhv edir
Antibiotik müalicəsindən sonra bağırsaqlarda olan faydalı bakteriyalar da məhv olur ki, bu da onkoloji xəstələrin sağalma şansını xeyli azaldır. 


Medicina.az-ın xəbərinə görə, məlum olub ki, orqanizmdə olan bir neçə növ bakteriyalar bədxassəli törəmələrlə mübarizə üçün lazımdır. Lakin anbiotiklər bu bakteriyaları azaldır, öldürür və orqanizmi xərçəng hüceyrələri qarşısında gücsüz qoyur.


Xüsusən kimyaterapiya alan onkoloji xəstələr üçün antibiotiklər təhlükəlidir. Çox güman ki, yaxın vaxtlarda onkoloji pasiyentlərə probiotiklər təyin edəcək və ya kimyaterapiyadan öncə fekal materialın köçürülməsini məsləhət görəcəklər.