Antibiotikdən sonra pasiyentin dili qaraldı

  • 2018.09.08 17:51
  • 18331 Baxış
Antibiotikdən sonra pasiyentin dili qaraldı
Vaşinqton xəstəxanasının həkimləri qərinə kliniki hadisə qeydə alıblar. Antibiotik təyin olunan pasiyentin dili dərman qəbulundan sonra qaralıb. 

Dərmanın kəsilməsindən sonra dil normal vəziyyətinə qayıdıb. 


Medicina.az xəbər verir ki, 55 yaşlı qadın avtoqəza səbəbindən xəstəxanaya yerləşdirilir. Onda mikrob infeksiyası başlayır və buna görə meropenem antibiotiki təyin olunur. 1 həftə sonra qadın ağzında pis dad, dilinin qaralıb, tüklənməsi şikayəti ilə həkimə gəlir. Minoçiklini digər dərmanla əvəz etdikdən sonra bu simptomlar itib. 


Dildə bu kimi dəyişikliklər tibbdə daha çox siqaret çəkən insanlarda rastlanmışdı. Ümumilikdə əhalinin 10%-də ara-sıra dil üzərində rəng dəyişimi müşahidə olunub. Simptomun dəqiq səbəbi məlum deyil, ola bilər ki, dilin epitelinin bir layında mikroorqanizmlər çox toplanır. 


İnsan həyatı üçün elə də təhlükəli deyil. Amma ürəkbulanma, pis qoxu, acı dad, yanma hissi verə bilər. Pasiyenti qorxudan durumdur. Qara tüklü dildən kim qorxmaz ki?


Antibiotik qrupundan penisillin, neomisin, eritromisin belə təsirlər verə bilər. Lakin antibiotik preratlarının təlimatında qara dil sindromu haqqında bir söz yazılmır. 


Belə bir vəziyyət bir sıra antipsixotrop dərmanlardan da yarana bilir.