Altsheymerlə bağlı inqilabi kəşf - Artıq 30 il əvvəldən tapılacaq

  • 2018.04.05 21:50
  • 14466 Baxış
Altsheymerlə bağlı inqilabi kəşf -  Artıq 30 il əvvəldən tapılacaq
Alstheymer xəstəliyi 30 il əvvəldən müəyyən ediləcək.


Medicina.az xəbər verir ki,  amerikalı mütəxəssislər tərəfindən sözügedən xəstəliyin diaqnozu üçün yeni qan analizi müəyyən edilib.

 

Yeni qan testi 90% dəqiqliklə bu xəstəliyi müəyyən edə bilir. Test beta-amiloid zülalının müəyyən edilməsinə əsaslanır. Bu zülalın qanda müəyyən edilməsi xəstəliyin ilk əlaməti hesab edilir.