Altsheymerdən qoruyan - Bol-bol qoz və çiyələk yeyin PƏHRİZ

  • 2018.03.31 13:30
  • 14541 Baxış
Altsheymerdən qoruyan - Bol-bol qoz və çiyələk yeyin  PƏHRİZ
Altsheymer xəstəliyindən əziyyət çəkən insanlar üçün faydalı pəhriz hazırlanıb.


Medicina.az xəbər verir ki, ABŞ-dakı Rush Universitetinin elm adamları hazırladıqları və MİND (ağıl) adlandırdıqları qidalanma planı ilə təzyiq xəstələri üçün olan Dash adlı pəhriz növünü birləşdiriblər.


1000-ə yaxın insanın qatıldığı araşdırma zamanı müsbət nəticələr əldə edilib. Belə ki, bu pəhriz növünün altsheymer riskini 53 faizə qədər azaltdığı aşkar edilib.


Mind beyni qoruyan yaşıl tərəvəzlər, mərci, balıq, zeytun yağı, qoz, çiyələk kimi qidalarla yanaşı, məhdud miqdarda qırmızı ət və şəkərli qidaları əhatə edir.

Bu qidaları həftədə 2 dəfə yemək lazımdır.


Pəhrizdə qırmızı ət, yağlı və şəkərli qidaların həftədə sadəcə 2 dəfə yeyilməsi tövsiyə edilir.

Qoz, çiyələk kimi qidaların isə mümkün olduğu qədər çox yeyilməsi məsləhət görülür.

 

Şəhanə Quliyeva