Alimlər insanda stress və təşvişi 60% azaldacaq musiqini tapdılar – Qulaq asın – VİDEO

  • 2019.01.16 18:25
  • 27015 Baxış
Alimlər insanda stress və təşvişi 60% azaldacaq musiqini tapdılar –  Qulaq asın – VİDEO

Həyəcan, təşviş – qorxu hissi olub, insanda lazımsız gərginlik və panika yaradır. Bütün xəstəliklər qorxu və əsəbdəndir fikrini İbn Sinadan tutmuş Hippokrata kimi hamı səsləndirib.


Medicina.az xəbər verir ki, Böyük Britaniya neyrobioloqları yüzlərlə mövcud melodiyaları incələyərək, orqanizmdə həyəcan və təşvişi 60% azaldan yeganə musiqi nümünəsini tapmağa nail olublar. 


Araşdırma qrupunun rəhbəri Mardcori Uolles hesab edir ki, 1980-1995-ci illərin nəsli ruhi cəhətdən ən pessimist və təşvişli nəsildir.


Buna səbəblər də çoxdur. Londonlu psixoloq, Piter Kruqer deyir ki, gənclərin daha çox seçim qarşısıdna qalması, qərar verməsi üçün müxtəlif variantların olması və buna çox vaxt sərf etməsi, onu yorur. Əvvəki nəsillərin belə bir problemi yox idi. 


Həkimlər artıq beynin psixoloji iflicinin baş verdiyini bildirir. Beyin hətta bir geyimi, köynəyi, 100 ayaqqabı içindən birini seçərkən belə stressə məruz qalır. Təsəvvür  edin, indiki gənclik hər gün nə qədər seçim qarşısında qalaraq, beynini yükləyir?


Stressə qarşı musiqi yaratmaq


Britaniyanın Mindlab İnternational araşdırma mərkəzinin tədqiqatçıları beyin və orqanizmdəki gərginliyi, təşvişi azaldacaq, insanı rahatladacaq musiqinin hansı olduğunu üzə çıxarmaq üçün təcrübə keçiriblər.

 

Təcrübədə 1000-dən çox müxtəlif yaş və peşə sahibləri olan insanlar iştirak edib. 


Onlara xüsusi ötürücülər qoşaraq, müəyyən musiqilərin təsiri altında ürək, beyin, təzyiq, tənəffüs göstəricilərinin necə dəyişməsini qeydə alıblar.

 

İştirakçılara dinlədilən yüzlərlə musiqi içində   Marconi Union  qrupunun – Weightless  musiqisi orqanizmdəki stress və gərginliyi 65%, digər fizioloji göstəriciləri isə 35% azaltdığı sübut olunub.


Alimləri təəccübləndirən məqam o olub ki, Marconi qrupu bu musiqini yaradarkən də həkim və alim qrupu ilə birgə çalışmış və insanlara sakitləşdirici musiqi təqdim etmək məqsədi daşımışlar. 


Məşhur neyrobioloq doktor Devid Lyus özü də bu mahnıya qulaq asır və insanlara həftədə azı 3 dəfə bu musiqini dinləməyi, hətta maşın idarə edəndə də qulaq asmağı tövsiyyə edir.


Medicina.az sizə dünyanın ən müalicəvi musiqisini təqdim edir. Dinləyin, stressi atın.

 

 



Alimlər insanda stress və təşvişi 60% azaldacaq musiqini tapdılar –  Qulaq asın – VİDEO