BölmələrRU
Xidmətlər
 

"Aksesuar məmə nədir?" - Qadınların yeni kabusu

Bir çox insanın adını  eşitmədiyi "aksesuar süd vəzi” son illərdə daha çox diqqət çəkən sağlamlıq probleminə çevrilib.

Medicina.az xəbər verir ki, qoltuq altında hiss edilən yağ topasına bənzər yumşaq və hərəkətli şiş "aksesuar məmə” adlandırılır.

Türkiyənin Acıbadem Altunizadə xəstəxanasının cərrahı Can Atalay "aksesuar sinə” barədə danışaraq deyib ki, bu, süd vəzi xəstəliklərinin az tanınan növü olsa da, son illərdə buna görə həkimə müraciət edənlərin sayı günü-gündən artır:

"Bu şiş ən çox qoltuq altında ələ gələn böyüklükdə olur.

İnsanda tək və ya cüt tərəfli ola bilən aksesuar məmə toxuması adətən ilk hamiləliyə qədər ağrı vermir. Hamiləliyin sonrakı dövrlərində isə qoltuq altında şiş olaraq özünü biruzə verir. Xüsusilə də hamiləlik, əmizdirmə, menstruasiya zamanında gərginlik hissi yaradır”.

Mütəxəssis bu şişin ağrı verdiyi zaman cərrahi əməliyyata ehtiyac ola biləcəyini qeyd edib:

"Yeniyetməlik dövründə, yaxud hamiləlik öncəsi aşkar edilərsə əməliyyat edilməlidir.
Belə şiş müəyyən edildiyi zaman dərhal ətraflı müayinə olunmalıdır.
Əgər süd vəzi xərçəngi ehtimalı mövcuddursa bu şiş mütləq şəkildə əməliyyat edilməlidir.
Əməliyyat əsnasında aksesuar məmə toxumasından müəyyən qədər çıxarılmalıdır. Əgər şiş tam olaraq əməliyyat olunmasa, yenidən yarana bilər”.
 
Şəhanə Quliyeva