Ailəsi kökəldiyini düşündü, lakin yumurtalığından nəhəng kista çıxarıldı - Azərbaycanda/FOTO

  • 2018.05.21 13:00
  • 14951 Baxış
Ailəsi kökəldiyini düşündü, lakin yumurtalığından nəhəng kista çıxarıldı -  Azərbaycanda/FOTO
11 yaşlı qızın yumurtalığından nəhəng ölçülü kista çıxarılıb.

Medicina.az xəbər verir ki, bu barədə uşaq cərrahı Fuad Hüseynov məlumat verib.

Onun sözlərinə görə, qızın ailəsi  əvvəlcə uşağın kökəldiyini düşünüb, daha sonra isə həkimə müraciət ediblər:

"Azyaşlının qarnında ağrılar başladığı üçün bizə müraciət etdilər.

Apardığımız digər müayinələrə əsasən məlum oldu ki, qarnın böyüməsinə səbəb yumurtalığın nəhəng ölçülü kistasıdır.

Ölçüsü olduqca böyük olduğu üçün texniki çətinliklərlə laporoskopik (qapalı ) yolla yumurtalıq qorunaraq nəhəng ölçülü kistanı çıxara bildik .

Əməliyyat zamanı kistanın içərisində tük gördüyümüz üçün Yumurtalığın Dermoid kistası olduğunu düşündük..

Kista patohistologiyaya (əkilməyə) göndərildi, daima ginekoloqun nəzarətində olacaq”.

Hüseynov şişin zamanında aşkar edildiyini vurğulayıb.

"Kista vaxtında aşkarlanmasaydı yumurtalığın burulması və bəd xassəli şişə çevrilmə kimi təhlükəli fəsadlara yol aça bilərdi”, - deyə cərrah qeyd edib.