Adi duzla nələri müalicə edə bilərsiz – Qədim cərrahların sevimli duz sarğıları

  • 2018.06.23 16:58
  • 21749 Baxış
Adi duzla nələri müalicə edə bilərsiz –  Qədim cərrahların sevimli duz sarğıları
Adi duz – natrium xlor son zamanlar insanlara "ağ ölüm” kimi təqdim olunsa da unuduruq ki, qədimdə duz uğrunda müharibələr gedib, həkimlərin əlinin altında indiki kimi sistem olmadıqda duzlu sudan istifadə ediblər, indinin özündə də heyvan sürüləri yüz kilometrlərlə yolu qət edir ki, duz üzə çıxan yerə çatıb, duz qəbul etsinlər. 


Ola bilər ki, daxilə duz qəbulu, duzlu yeməklər insan üçün zərərlidir. Amma faktlar var ki.ş qədim və orta əsrtlərdə təbiblər əzələ-sümük-oynaq ağrılarını, xolesistit, appendisit, nefrit, iltihabi proseslər, yaralar, baş ağrıları, osteomielit və digər xəstəlikləri duz əsasında müalicə edirdilər. 

Böyük Vətən mübaribəsi dövründə cəbhədə çox cərrahlar yaraları duzlu məhlulla sarğı edib, sağalma əldə edirdilər. Çirkli, infeksiyalı yaraya duzlu suda isladılmış parça, tənzif sarıyıb, tez-tez bu sarğını dəyişirdilər. 3-4 gün ərzində yara təmizlənir,  toxumalar çəhrayı rəng alır, temperatur düşür, bundan sonra gips qoyurdular. Bu metodla çox amputasiyaların qarşısı alınmışdı. 


Medicina.az müalicəvi duzlu aktiv sorbentin hazırlanmasını təqdim edir:


-Duz iri olmalıdır, dəniz duzu da olar

-Suda faizi 9-10% - aşmamalıdır. Yəni 1 litr suda 80-90 qram duz olmalıdır. 

-Duzlu suda isladılan parça hava keçirən olmalıdır: tənzif, kətan parça və ya vafli kimi dəsmal. 

-Sarğı duzlu məhlulda bol isladılmalı, sıxılmalı, çox sulu olmamalıdır. Sarğı nahiyədə minimum 3, maksimum 10 saat saxlanıla bilər. 

-Duzlu sarğı ağrı olan nahiyədə xəstə orqana və toxumaya təsir edir, orda olan virus, mikrob və xəstəlik yaradan orqanik maddələri çıxarır, təmizləyir. Toxumalarda maye yenilənməsi gedir, təmizlənir, patogen faktorlardan azad olur. 


-Duzlu sarğılarla müalicə 7-10 gün çəkir.

-Sarğının üzərindən yun və isti sarınmır. Sadəcə sarğı olur və sarğı bədənə plastırla bərkidilir.

-Çalışın duzin miqdarını aşmayasız. Əks təqdirdə kapilyarları zədələyə bilərsiz. 


Hansı problemlərdə duzlu sarğı qoyulmalı?

-Baş ağrıları, miqrendə, haymoritdə, burun tutulmasında dəsmal başın ətrafına sarınır. Alın və başın arxasından sarınmaqla. Axşamdan sarıyıb, səhərə kimi saxlamaq olar. 

-Əgər infeksiya boğaz və bronxlara keçibsə, eyni vaxtda həm boyun, həm baş, həm də kürəyə duzlu sarğı qoyulur.

-Oynaq ağrıları – diz iltihabı, artrit, revmatizm, bursitdə 8 qat qatlanmış binti duzlu məhlulda isladıb, həmin oynağı bintləyirsiz.

-Mədə-bağırsaq, appendisit, xolesistit – qarın bölgəsinə sıx sarğı qoyulur. 

-Qaraciyər, öd xəstəliklərində - 4 qat qatlanmlş dəsmal duzlu məhlulda isladılıb, həmin nahiyəyə qoyulur, üzərindən bintlə sarılır.  8-10 saat qalır. Kurs müalicə 10 gün

-Süd vəzi şişləri, mastopatiyada – duzlu məhlul sarğıları hər iki süd vəzisinə qoyulur, gecədən səhərə kimi qala bilər.


-





Adi duzla nələri müalicə edə bilərsiz –  Qədim cərrahların sevimli duz sarğıları