Aclıqla 2-ci tip diabeti müalicə etmək mümkündür - Yeni kəşf

  • 2018.11.19 09:49
  • 13616 Baxış
Aclıqla 2-ci tip diabeti müalicə etmək mümkündür -  Yeni kəşf
Kanada alimləri sübut ediblər ki, mütəmadi aclıq diabet xəstələrinin sağlamlıqlarına yaxşı təsir edir. 


Ekspertlər hesab edirlər ki, aclıq və ona bağlı olaraq dəyişdirilən həyat tərzi 2-ci tip diabetlərin bu xəstəliklə mübarizədə kömək olacaq. Eksperimentdə iştirak etmək istəyən bir neçə könüllü şəkər xəstəsi üzərində 10 ay müddətində həkimlərin nəzarəti altında mütəmadi müalicəvi aclığın orqanizmə təsirləri tədqiq edilib.  Nəticədə məlum olub ki, bu cür vəziyyət şəkər xəstələrinin vəziyyətlərinin düzəlməsinə yaxşı təsir edir. Araşdırmanı aparanlar könüllülər üçün 23 saatlıq aclıq rejiminin ardından 2 sutkalıq normal qidalanma rejimi tətbiq ediblər. Nəticədə könüllülərdə bədən kütləsinin və həkimlərin təyin etdikləri dərmanlardan asılığın azalması müşahidə edilib. Alimlər gələcəkdə 2-ci tip şəkər xəstələrinə bu cür pəhrizlər tətbiq etməklə onların həyatlarını nisbətən yaxşılaşdırmağın və insulindən aslılığı minimuma endirməyin mümkün olduğunu düşünürlər. 


Qeyd edək ki, 2-ci tip diabetdə həm insulin ifrazında pozğunluq, həm də sintez olunan insulinin kifayət qədər təsirli olmaması (insulin dirənci) mövcuddur. Belə xəstələr davamlı olaraq kənardan insulun dəstəyi alırlar.