Abel Məhərrəmov xəstəxanaya yerləşdirildi - YENİLƏNİB

  • 2019.02.12 17:01
  • 23444 Baxış
Abel Məhərrəmov xəstəxanaya yerləşdirildi -  YENİLƏNİB

 

Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmov Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.


Medicina.az xəbər verir ki, bu barədə Media.Az məlumat yayıb. Sayt yazıb ki, eks-rektor VİP palataya yerləşdirilib.


Xatırladaq ki, Abel Məhərrəmov noyabrın 15-də prezident İlham Əliyevin sərəncamı ilə BDU-nun rektoru vəzifəsindən azad edilib.

 

***
Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun səhhətində ciddi problem yaranıb.


Medicina.az-ın Oxu.Az-a istinadən verdiyi məlumata görə, Abel Məhərrəmov xəstəxanaya ürək çatışmazlığı diaqnozu ilə daxil olub. 


Ürəyin fraksiyası aşağı olduğundan təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Bir gün reanimasiya şöbəsində həkim nəzarətində saxlanıldıqdan sonra bu gün normal palataya köçürülüb.


Hazırda sabiq rektorun səhhətinin normal olduğu bildirilir.