BölmələrRU
Xidmətlər
 

Ağ, yoxsa holland pendiri... - Hansı daha faydalıdır?

Ağ pendirlə Holland pendiri - hər ikisi süddən hazırlansa da, faydaları baxımından bir-birindən fərqlənirlər.

Medicina.az xəbər verir ki, pendirləri fərqləndirən əsas cəhət hazırlanma əsnasında olan istilikdir. Ağ pendir hazırlanan zaman südün istiliyi 85-90 dərəcə olur. Holland pendirində isə bu göstərici 60-65 dərəcədir.
 


Bu da onu göstərir ki, Holland pendiri ağ pendirlə müqayisədə daha faydalıdır. Çünki yüksək dərəcə tərkibin keyfiyyətini aşağı salır. 
Vitamin cəhətdən də holland pendiri digərləri ilə müqayisədə əvəzsizdir.

Belə ki, Holland pendiri yağlı və yağsız olaraq iki yerə ayrılır. Tərkibi kalsium və sink ilə zəngindir.
 
Şəhanə Quliyeva