- Cinsi istəyi artırır, testosteron səviyyəsini qaldırır9 MİN İLLİK TƏRƏVƏZ

  • 2019.03.18 15:58
  • 28009 Baxış
 - Cinsi istəyi artırır, testosteron səviyyəsini qaldırır 9 MİN İLLİK TƏRƏVƏZ
 


Acı bibər əksəriyyətimizin süfrəsinin ayrılmaz hissəsidir. Acı yaşıl bibərin tarixi 9 min il əvvəllərə gedib çıxır. Bu tərəvəzdən həm kulinariyada, həm də bəzi dərmanların hazırlanmasında istifadə olunur.


Medicina.az xəbər verir ki, acı bibər vitaminlərlə zəngin tərəvəz hesab olunur. Acı dadı onun tərkibindəki kapsaisin qlükozidinin miqdarından asılıdır. Onun 70-ə yaxın növü var. 


Acı bibər yemək, ay ərzində yarana biləcək insult və infarkt riskini 13%-ə qədər azaldır. Yağ yandıran xüsusiyyəti ilə insanı arıqladır və çəkini normallaşdırır. Kaloriləri yandırır, mədə-bağırsaq sisteminin funksiyasını yaxşılaşdıraraq qəbzliyi aradan qaldırır. Acı bibər yemək kişilərdə cinsi istəyi artırır. Testosteron səviyyəsini qaldırır. Şəkər xəstələri onu yeməklə şəkəri normada saxlaya bilərlər. 


Acı bibər növlərindən olan pipalinin tərkibində olan kapsaisin maddəsi insan orqanizmində xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır. Soyuqdəyməyə, diş və boğaz ağrılarına kömək edir. Orqanizimdə mikrobları öldürür və immun sistemini qüvvətləndirir. Müntəzəm istifadə edən insanların orqanizmi xəstəliklərə qarşı daha güclü müqavimət göstərə bilir. 


Qanayan yaraya qoyulan acı bibər qanaxmanı dayandırır və yaranın iz qalmadan yaxşılaşmasına kömək edir. 


Qan dövranını normallaşdırır, Alsheymer xəstəliyinin əmələgəlmə riskini azaldır. Acı bibərin göz xəstəliklərinin müalicəsində də faydası böyükdür. Qanın laxtalanmasını azaltmaqla trombun əmələ gəlməsinin qarşısını alır.  Bu tərəvəzdən qanazlığının müalicəsində də istifadə edilir. O dəmir çatışmazlığı səbəbindən əmələ gələn qanazlığını müalicə etmək qabiliyyətinə malikdir.