Hələ uşaq yaşlarımızdan nənələrimizin ev şəraitində hazırladıqları türkəçarə vasitələrin dərmanlardan daha çox işə yaradığının şahidi olmuşuq. Əlbəttə heç bir halda dərmanlardan təmamilə imtina etmək düzgün deyil. Amma bəzi hallarda onlarsız da ötüşmək mümkündür.
Medicina.az bir çox xəsarətlər və xəstəliklər zamanı ev şəraitində tətbiq edilən və həqiqətən də işə yarayacaq 8 vasitəni təqdim edir.
1) Miqren
Miqren zamanı dərman qəbul etməyə tələsməyin.Əgər ayaqlarınızı isti suya qoysanız, bonunuza isə soyuq kompres etsəniz, bu zaman baş ağrılarından tez bir zamanda qurtula bilərsiniz.
2) Göyərmə
Dəridə olan kiçik göyərmə elə də qorxulu deyil. Amma əgər siz ondan qurtulmaq istəyirsinizsə, o zaman köməyinizə diş məcunu gələcək. Diş məcununu pambığa batırın və göyərmiş dərinin üzərinə bağlayın. Göyərti tezliklə itəcək.
3) Kiçik ölçülü yanıq
Kiçik ölçülü yanığı balın köməyi ilə aradan qaldırmaq mümkündür. Yanığın üzərinə az miqdarda bal sürtün. O yanığın ağrısını götürəcək və sağalma prosesini sürətləndirəcək.
5) Plastrı çıxartmaq
Əgər plastr dəri üzərinə möhkəm yapışıbsa, yaxşısı budur onu hər hansı bir yağ və ya kremin köməyilə çıxarasınız. Bu məqsədlə azacıq yağı plastırın üzərinə çəkin, sonra isə qab süngəri ilə sürtün. Plastr rahatlıqla çıxacaq.
6) Kağız kəsiyi
Əgər kəsik çox da dərin deyilsə, o zaman gigiyenik dodaq pomadası sizə kömək olacaq. Pomadanı kəsiyin üzərinə sürtün və plastrla bağlayın.
7) Soyuqdəymə və öskürək
Soyuqdəymə və öskürək əleyhinə dərman vasitəsi hazırlamaq üçün bizə aşağıdakılar tələb olunur:
•1 st şəkər tozu
•Yarım st su
•1 x/q təzə sıxılmış limon suyu
•1 x/q bal
•Yarım çay qaşığı zəncəfil tozu
•4/1 ç/q mixək tozu
Hamısını suda həll edərək qaynadın. Daha sonra yağlı kağızın üzərinə bir çay qaşığı olmaqla tökərək soyudun. Boğaz ağrısı zamanı konfet kimi sovurun.
8) Dil yanığı
Əgər isti içki dilinizi yandırarsa, o zaman ağrıya dözməyə ehtiyac yoxdur. Bunun üçün ağzınıza 1 ç/q şəkər tozu alaraq yanmış yerdə saxlayın.
Arzu
Medicina.az