BölmələrRU
Xidmətlər
 

7 zeytun, 1 əncir - Yapon alimlərinin tapdığı sirr

Yaponiyada insanın yaşlanması üstündə 25 il təcrübələr aparmışlar və belə bir nəticəyə gəlmişlər ki, həmişə cavan qalan və ya yaşıdlarından cavan görünən insanların bədənlərində bir maddə ifraz olunur ki, bu maddə daha çox istehsal olunanda insan daha çox cavan qalır və daha çox sağlam olur.
 
Medicina.az həkim naturopat Füzuli Hüseynova istinadən xəbər verir ki, alimlər bu hormonun istehsalına səbəb olan bitkiləri araşdırmağa başlamışlar və çox maraqlı bir nəticəyə gəlmişlər. Gündə 7 ədəd zeytun 1 ədəd ənciri birlikdə yemək bu hormonun daha çox istehsal olunmasına vəsilə olmuş və belə insanların mədə-bağırsaq sistemlərində demək olar heç bir problem olmamışdır.
 
Yaxşı olar gündə 2 dəfə yeməkdən 1 saat əvvəl 7 ədəd zeytun və 1 ədəd əncir birlikdə yeyilsin, bunu 1 ay etmək lazımdır. Yaponlar bu araşdırmanı ictimayyətə açıqladıqdan sonra Misirdə Ələhzər universitetinin rektoru Yapon alimlərinə Tin surəsini və müqəddəs Qurani-Kərimdə zeytunun 7 yerdə, əncirin isə 1 yerdə keçdikləri ayələri göndərir. Bundan sonra 7 nəfər Yapon alimləri şəhadət verərək müsəlman olurlar.
 
7 zeytun, 1 əncir yeməyin faydaları:
 
– Babasildən əziyyət çəkənlər üçün çox faydalıdır;
 
– Alzhaymer xəstəliyinin həm müalicəsi, həm də profilaktikası üçün mükəmməldir;
 
– Ürək əzələsini gücləndirir, damarları elastik edər, xolesterini salar, damarları kirəclənmələrdən qoruyar;
 
– Tərkibindəki minerallar və zəngin kalsium olduğuna görə sümük boşluğu problemləri olanlara faydalıdır;
 
– Dəmir, mis və sink mənbəyidir, qanazlığını götürər, mineralların yaxşı sovrulmasına səbəb olar;
 
– Arıqlamaq istəyənlər üçün əla bir vasitədir. Belə ki, əvvəl yeyiləndə iştahı azaldar və piylərin əriməsinə səbəb olar;
 
– Xroniki bronxit və allergiyadan əziyyət çəkənlər üçün faydalıdır;
 
– Nəfəs çatışmazlığı, infarkt olanlar üçün və ən əsası bol antioksidant mənbəyi olduğundan xərçəng xəstəliyin müalicə və profilaktikasında əvəzolumaz bir nemətdir.
 
Xatırladım ki, yaxşı olar zeytunlar yetişmiş olsun, bu məqsədlə zeytunun turşusundan da istifadə edə bilərsiniz və 7 ədəd zeytun yeyildikdən sonra ara vermədən əncir qurusunu yemək lazımdır.