7 həkim uşağı aldıraq dedi, ana imtina etdi -Bətndə körpəni əməliyyat edən möcüzə həkim

  • 2018.05.14 21:01
  • 24761 Baxış
7 həkim uşağı aldıraq dedi, ana imtina etdi - Bətndə körpəni əməliyyat edən möcüzə həkim
Bursalı Pelin Karahan evlilikdən 5 il sonra hamilə qalır. Hamiləliyin 4-cü ayında dölün hərəkət etmədiyini görən ana təlaşa düşərək, həkimə gedir. Uşağı itirəcəyi qorxusu ilə yaşayan qadın müayinədən keçir, amma uşağın sağ olduğunu biləndən sonra evinə qayıdır. Daha 1 ay sonra gecəyarı bərk ağrıları tutan qadını qonşular Bursadakı xəstəxanaya aparır. Həkimlər bətndəki körpənin süni doğuşla alınması qərarına gəlir.

 

 


Lakin qadın buna razı olmayaraq, başqa bir həkimin yanına gedir. Ona öd kisəsi ağrısı diaqnozu qoyulur və hamiləlik boyu bu ağrıların ola biləcəyini deyirlər. Hamilə olduğu üçün əməliyyat olmur, doğuma qədər ağrılara dözmək məcburiyyətində qalır.


23-cü həftəsində uşağın cinsiyyətini öyrənmək üçün doppler müayinəsinə gedən anaya həkim dəhşətli proqnozu verir. 


Fetal müayinədə dölün qarnı həddən artıq şiş görünürdü.


Qan və genetik uyğunsuzluqdan dölün problemli olduğunu və hamiləliyin sonlandırılmasını təklif edir. Bu vaxta qədər hamiləliyi gətirib, bu anda uşağı itirmək ailəni mənən məhv edir.


Bu xəstəxanaya da imtina edən qadın övladını qurtarmaq məqsədilə sonradan 7 həkim qəbulunda olur. Amma hamısı hamiləliyi sonlandırmağı təklif edir.

 

Bundan sonra Pelin hər nə olursa olsun hamiləliyi sona kimi aparacağı qərarını verərək, həkimlərə getmir. Artıq ananın da həyatı təhlükədə idi. O, internetdə bu problemlə bağlı axtarışlar edir və təsadüfən rastına bir məqalə çıxır. Ana bətnində ikən körpələrin əməliyyatla xilas olunmasını oxuyan qadın vaxt itirmədən İstanbula, LİV Hospitala gələrək, qadın xəstəlikləri və doğum uzmanı, professor Arda Lemberin qəbuluna düşür. Həkim fetal müayinədə fetal asit – döldə bağırsaqların, ağciyər və ürəyin ərtafında çoxlu mayenin yığıldığını görür. Amma körpənin özündə elə də ciddi problem yox idi. Bu maye damarları sıxdığından ürək ritmi, tərpəniş hiss olunmurdu.

 

Həkim "Bu, aslan parçası kimi oğlandır. Bunu almaq günah olar” deyərək, ailəni şoka saldı.

 



Paralel olaraq genetik analizlərlə yanaşı ana qarnından girilərək, körpənin qarın boşluğundakı fetal asit boşaldıldı. Uşağın daxili orqanlarında anormallıq yox idi. 


Əməliyyatdan sonra ana yenidən bətndə yenidən körpənin ürək döyüntüsünü, ritmini hiss etməyə başladı. 


Həkim genetik analizlərləuşağın qüsurlu olub- olmaması təyin edəcəkdi.  Valieynlər seçim qarşısında idi: uşaq qüsurlu olarsa, nə edəcəklər. Onlar körpədən imtina etməyəcəklərini və onu həyata gətirmək istədiklərini bildirdilər. Hətta uşağa həkimin adı ilə Ahmed Əli qoyacaqlarını qərara aldılar.


Həyəcanla genetik analizin nəticəsini gözləyən cütlüyə həkim xoş xəbərini verdi.


Lakin təkrar USM müayinəsində yenidən uşağın qarnına maye dolduğunu gördülər. Deməli, maye bir yolla yenidən dölün qarnına yığılırdı.


Bu halda yeganə yol plastik tüp vasitəsilə uşağın qarına girmək, kateterin bir ucunu dölün qarnına qoyaraq, digər ucunu amnion mayedə saxlayaraq, mayenin ana qarnına  yığılmasını təmin etməkdir.


Həkim USM altında millimetrlik çalışmalarla iynə ilə qarından girərək, plasentanı keçərək, uşağın qarnına kateter yerləşdirilir.

Daha sonra qadın həftədə 1 dəfə müayinələrə gəlir. Çünki uşaq böyüdükcə, əlləri ilə kateteri çıxara bilərdi. Həkim 37-ci həftədə keysəriyyə ilə doğum qərarını verir.

 



Aylarla çəkilən acı, tökülən göz yaşı bəhrəsini verdi. Körpə əlində həmin o plastik kateterlə birgə ana bətnindən çıxarıldı. Bu katerer onu həyata qovuşdurmuşdu. Körpənin ağciyərlərində, bağırsaqlarında asit maye yox idi.” Canı verən Allahdır, nəsibi var ki, Ahmet Əli bu həyata yaşamaq şansı qazandı”- deyə valideynlər bu hadisəni bir möcüzə kimi qəbul etdilər.


Pelin Karahan isə həyatı bahasına övladını dünyaya gətirmək üçün sona kimi mübarizə apararaq sağlam bir oğul– Ahmet Alinin anası kimi həyatına davam edir.


Övladını ölümdən qurtaran, ona analıq sevinci yaşadan uzman ginekoloq Arda Lembet onların qəhrəmanıdır. Artıq Ahmet böyüyür, o həkimi ilə də görüşür. 


Artıq tibbdə ana bətnində ikən körpənin problemini aradan qaldırmaq mümkündür. Bunun üçün bir az mübarizə aparmaq və doğru həkimə çatmaq lazımdır

 

7 həkim uşağı aldıraq dedi, ana imtina etdi - Bətndə körpəni əməliyyat edən möcüzə həkim
7 həkim uşağı aldıraq dedi, ana imtina etdi - Bətndə körpəni əməliyyat edən möcüzə həkim
7 həkim uşağı aldıraq dedi, ana imtina etdi - Bətndə körpəni əməliyyat edən möcüzə həkim
7 həkim uşağı aldıraq dedi, ana imtina etdi - Bətndə körpəni əməliyyat edən möcüzə həkim