62 yaşlı kişi spirtli içkidən zəhərlənib

  • 2018.03.17 12:09
  • 11762 Baxış
62 yaşlı kişi spirtli içkidən zəhərlənib
Qaxda 62 yaşlı kişi zəhərlənib.


 

Medicina.az apa-a istinadən xəbər verir ki, martın 16-dən 17-ə keçən gecə Qax şəhərində yaşayan 1956-cı il təvəllüdlü Aydın Feyzullah oğlu Nəbiyev zəhərlənmə əlamətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə daxil olub.


 

MRX-dan verilən məlumata görə, müayinə zamanı 62 yaşlı Aydın Nəbiyevin spirtli işkidən zəhərləndiyi məlum olub. Aydın Nəbiyevə lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib.