- Drojennikovun göz gimnastikası 6 hərəkətlə görmənizi bərpa edin

  • 2019.02.12 13:57
  • 52489 Baxış
 - Drojennikovun göz gimnastikası  6 hərəkətlə görmənizi bərpa edin

 

Kompüter qarşısında bütün gün oturmaq, nəqliyyatda və ya pis işıqlandırılan məkanda kitab oxumaq, stress, əsəb gərginliyi, yuxusuzluq görməni zəiflədən amillərdən hesab olunur. Bütün bu sadalananlar gün keçdikcə oftalmoloji xəstəliklərə gətirib çıxarır. 


Stress fonunda refraksiya anomaliyası – yaxındangörmə, uzaqdangörmə, astiqmatizm kimi görmə fəsadları yaranır. Yaş ötdükcə torlu qişanın atrofiyası, katarakta (mirvari suyu), qlaukoma (qara su) kimi problemlər də meydana gələ bilər. Bütün bu xəstəliklər görməyə pis təsir edir. Amma onları müalicə etmək, ən əsası isə qarşısını almaq mümkündür.


Medicina.az Aleksandr Drojennikovun metodu ilə göz üçün gimnastikanı təqdim edir: 


Təbib və uzunömürlülük məktəbinin banisi olan Aleksandr Drojennikov göz üçün Dao-İn gimnastikasını tərtib edib. Bu gimnastika yalnız gözə deyil, eləcə də bütün orqanizmə müsbət təsir edir.  


1. Hərəkət № 1

 

гимнастика для глаз астигматизм


Hərəkəti oturan yerdə və ya ayaqüstü etmək olar. Gözlərinizi ovuclarınızla bağlayın və rahat olun. 3-4 dəfə dərindən nəfəs alın və verin. Hər dəfə nəfəs verdikdə beyninizdə olan artıq fikirlərdən azad olun. 


Bu, gimnastikaya hazırlıq hesab olunur. 


2. Hərəkət № 2

 

гимнастика для глаз инструкция


Şəhadət, orta və adsız barmaqlarınızı qaşların altından göz almasının yuxarı hissəsinə qoyun və sıxın. Daha sonra eyni hərəkəti barmaqlarınızı göz almasının aşağı hissəsinə sıxaraq edin. 


Gözə zərər vurmamaq üçün ehtiyatla, amma möhkəm sıxmaq lazımdır. Hər iki hərəkəti 3 dəfə edin. 


3. Hərəkət № 3

 

гимнастика и массаж для глаз


3 barmağınızla, gözlərinizin bağlanan yerini sıxın. Əvvəlcə dairəvi hərəkətlərlə masaj edin, sonra isə bərk sıxaraq qəfil buraxın. 


4. Hərəkət № 4



Barmaqlarınızı bəbəyinizin üzərinə qoyun, sakit bir tərzdə, ancaq möhkəm sıxın. Hərəkəti 10 dəfə təkrarlayın. 


5.Hərəkət  № 5

 

гимнастика для глаз видео 


Baş və şəhadət barmaqlarınızla gözünüzün üst qapağını tutub, 50 dəfə yuxarı və aşağıya doğru dartın. Hərəkətlər çox yüngül olmalıdır. Əgər ağrı və narahatlıq hiss etsəniz, fasilə verin. 


6. Hərəkət № 6

 

гимнастика для глаз в картинках


Baş və şəhadət bağmağınızla burun dibinizi sıxın. 10-a qədər saydıqdan sonra buraxın. 


Bu gimnastika vasitəsilə göz yorğunluğundan xilas olmaq və görməni bərpa etmək mümkündür. Hər işdən sonra və ya yatmazdan əvvəl bu gimnastikanı tətbiq etmək yaxşı nəticə verəcək. 


Arzu

Medicina.az

 


 - Drojennikovun göz gimnastikası  6 hərəkətlə görmənizi bərpa edin