6 aylıq uşaq gözmuncuğunu sancaqla birgə uddu - Bakıda həyəcanlı əməliyyat/ VİDEO

  • 2017.11.13 17:58
  • 29035 Baxış
6 aylıq uşaq gözmuncuğunu sancaqla birgə uddu -  Bakıda həyəcanlı əməliyyat/ VİDEO
Azərbaycanda körpə uşaqların paltarına, qoluna gözmuncuğu taxmaq ənənəsi hələ də qalmaqdadır. Lakin valideynlər bunun nə qədər təhlükəli olduğunun fərqində deyil. 


Medicina.az xəbər verir ki, bir müddət əvvəl Azərbaycanda gözmuncuğu, az qala bir körpənin həyatına bais olurmuş. Belə ki, Bakıda 6 aylıq uşaq yaxasına taxılan gözmuncuğunu kiçik sancağı birgə udub. Yad cisim uşağın qida borusunda ilişib. 


Körpə ağır vəziyyətdə klinikaya çatdırılıb. Qastroenteroloq Rafael Həsənov uşağın qida borusundan endoksopik üsulla muncuq və sancağı çıxara bilib. 


Tibbi heyətin həyəcanla izlədiyi əməliyyat uğurla başa çatıb. 


Əməliyyatdan çəkilmiş videonu təqdim edirik: