5 yaşlı qızın xarici cinsiyyət üzvü yox idi, dodağının selikli qişasından orqan düzəldildi – Bakıda unikal əməliyyat-VİDEO

  • 2018.07.30 17:31
  • 18320 Baxış
5 yaşlı qızın  xarici cinsiyyət üzvü yox idi, dodağının selikli qişasından orqan düzəldildi –  Bakıda unikal əməliyyat-VİDEO

Azərbaycanda 5 yaşlı pasiyentin anadangəlmə xarici cinsiyyət üzvlərinin olmaması səbəbindən uşaq 5 dəfə ayrı-ayrı xəstəxanalarda və xaricdə əməliyyat olunub. Lakin əməliyyatlar nəticəsində düzgün orqan formalaşmayıb.


 

Medicina.az xəbər verir ki, KAH – Konjenital Adrenal Hyperplasi diaqnozu ilə növbəti dəfə əməliyyata alınan uşaqda cinsiyyət orqanında selikli qat əməliyyatlar zamanı məhv olduğundan, məvbur olaraq dodağın selikli qişasından toxuma götürülüb.

 



Əməliyyatı icra edən uşaq cərrahı Toğrul Ömərov bildirdi ki, uşaq ilk əməliyyata tərəfimizdən alınsaydı, elə öz orqanlarının selikli qişası yetərli olacaqdı.

 


Əməliyyat Klitoroplastika, Labioplastika və total urogenital mobilizasiya olmaqla 3 əməliyyatı özündə birləşdirdi.


Bu dəfə uşağın xarici cinsiyyət orqanı estetik olaraq normal bərpa olundu və gələcəkdə də heç nə ilə fərqlənməyəcək. 

 

 



5 yaşlı qızın  xarici cinsiyyət üzvü yox idi, dodağının selikli qişasından orqan düzəldildi –  Bakıda unikal əməliyyat-VİDEO