4 yaşlı uşaq zəhərləndi - Kimyəvi məhlul içib

  • 2018.06.13 10:16
  • 18201 Baxış
4 yaşlı uşaq zəhərləndi -  Kimyəvi məhlul içib
Mingəçevir şəhərində 4 yaşlı uşaq kimyəvi maddə içərək zəhərlənib.

 

Medicina.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsi, 35 ünvanında qeydə alınıb.


Həmin ünvana qonaq gələn 2014-cü il təvəllüdlü şəhər sakini Məmmədhüseynli Kamil Rəşad oğlu bilməyərəkdən kimyəvi məhlul içib. Azyaşlı dərhal xəstəxanaya çatdırılıb. Görülən tədbirlər nəticəsində uşağın vəziyyəti sabitləşib.