39 min yaşlı qadın üzərində araşdırma - Bu preparatlar öldürür

  • 2017.11.18 13:02
  • 17546 Baxış
39 min yaşlı qadın üzərində araşdırma -  Bu preparatlar öldürür
Bioloji aktiv əlavələr yaşlı qadınlar üçün çox təhlükəlidir. 


Medicina.az xəbər verir ki, bu amerikalı və finlandiyalı elm adamlarının apardığı araşdırmalar zamanı məlum olub.


Araşdırmada bildirilir ki, bir çox insan üçün bu əlavələr faydasızdır. Hətta bəzilərinin insanı öldürə biləcəyi qeyd edilib. 


Amerika Tibb Dərnəyinin "Archives of İnternal Medecine” jurnalında yayımlanan araşdırmada, istifadə edilən vitamin, mineral həblər, multivitaminlər, B6 , folik, asit, dəmir, maqnezium, çinko əlavələrinin ölüm riski törədə biləcəyi vurğulanıb. Elm adamları bu qənaətə ABŞ-ın İoşa əyalətində, 62 yaşındakı 38 772 qadının müxtəlif illərdə aldığı qida əlavələrinin orqanizmə təsirini müayinə etdikdən sonra gəliblər.