3 yaşlı uşaq dərmandan zəhərləndi

  • 2018.04.06 10:38
  • 12463 Baxış
3 yaşlı uşaq dərmandan zəhərləndi
Tovuz Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.


Medicina.az-ın məlumatına görə, 2014-cü il təvəllüdlü Xanım Vüsal qızı Məhərrəmova ağır vəziyyətdə xəstəxanaya aparılıb.


Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.


Uşağın dərmandan zəhərlənərək öldüyü bildirilir.


Faktla bağlı araşdırma aparılır.(report.az)