21 günə mədəaltı vəzini xilas edən - Reseptlər

  • 2019.02.18 20:20
  • 56880 Baxış
21 günə mədəaltı vəzini xilas edən  -  Reseptlər
Müasir insanın tez sıradan çıxan orqanlarından biri də mədəaltı vəzisidir. Qeyri-düzgün qidalanma, zərərli vərdişlər, qazlı içkilər bu zərif orqana zərbə vurur. Adətən insan mədəaltı vəzidən xəbərsiz olur, heç onun varlığını belə düşünmür. Amma bu vəz sıradan çıxıb, problemlər yaşadanda insan çıxış yolu axtarır.


Medicina.az ev şəraitində mədəaltı vəzi problemləri üçün hazırlaya biləcəyiniz 2 xalq təbabəti reseptini təqdim edir.


1.Bu iki otun dəmləməsini hazırlayın: 200 ml qaynar suya 1 xörək qaşığı solmazçiçəyi və 1 xörək qaşığı çobanyastığı əlavə edin. 45 dəqiqə saxlayıb, süzün. 


Soyuq halda, gündə 2 dəfə yarım stəkan, yeməkdən əvvəl için. 

Kurs müalicə 2 həftədir.


2.Süddə cəfəri. 800 qr cəfərini yuyub, xırda doğrayırsız. Süd qaynadılır, bura cəfəri əlavə olunur. Qarışım zəif odda bir az saxlanılır, qarışdırılır, qaynamağa çatdırmayın.


Gündüzlər hər saatda 2 xörək qaşığı miqdarında içilib bitirilir.

Kurs müalicə 10 gün

 

21 günə mədəaltı vəzini xilas edən  -  Reseptlər