Rəşid Mahmudov əməliyyat olundu

  • 2018.10.19 09:38
  • 1649 Baxış
Rəşid Mahmudov əməliyyat olundu
Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudov dünən əməliyyat olunub.


Bu barədə Medicina.az-a Vətəndaş və İnkişaf Partiyasının sədri, ATU-nun Biokimya kafedrasının müəllimi Əli Əliyev məlumat verib: "Dostumuz Rəşid Mahmudovun səhhəti ictimaiyyəti ciddi narahat edir. Rəşid müəllimin əməliyyatı uğurlu keçib. Bu gün özü ilə görüşəcəyəm. Narahatlığa əsas yoxdur".


Hazırda reanimasiya şöbəsində olan 79 yaşlı R.Mahmudov mədəaltı vəzidən əməliyyat olunub.