BölmələrRU
Xidmətlər
 

Sovet dövrünün məşhur mazı – Yüzlərlə insanı sağaldıb - VİDEO

Valentina Seymovanın möcüzə mazı – sovet dövründə ZOJ qəzetinin ən populyar resepti idi və o dövrdə mətbuatda yüzlərlə xəstə tərəfindən müsbət rəy almışdı.

Çox xəstəliklərdə faydalıdır: fibriomioma, mastopatiya, qastrit, qanqrena, xora, yanıqlar, deşiklər, yaralar, oynaqlar, irinli yaralar, haymorit, ekzema, yumurtalıq kistləri – bütün bunları sağalda bilir. 

Tərkibi:
Bitki yağı 
Təbii Mum 
Yumurta sarısı

Emallı qaba bir stəkan bitki yağı töküb, bura kibrit qutusu boyda təmiz  arı mum atılır və zəif odda mum əriyənə kimi qızdırılır. Suda bişmiş yumurtanın sarısı çıxarılır, çəngəllə əzilir və aramla odun üzərindəki qarışımın içinə qatılır. ( qabda yağ qaynara düşüb çırtıldayanda yumurta əlavə olunmalıdır). Ilk yumurtanı əlavə edən zaman köpüklənmə olacaq. Əlinizin altında dəsmal olsun. Köpüklənən kimi qabı dərhal oddan götürün, bir neçə dəqiqə kənarda saxlayıb mütəmadi qarışdırın, yenidən odun üzərinə qoyun. Beləcə 3 dəfə təkrarlayın. Maz hazırdır.  Bu qarışımı tənzifdən yox, tüldən süzmək lazımdır. Tülü 2 dəfə qatlayıb, qarışımı süzün. Hazır maz şüşə qabda soyuducuda aylarla qala bilir. 

Mazı lazım olan nahiyəyə salfet üzərinə çəkməklə qoyub, bağlamaq lazımdır. 
Haymoritdə buruna, otitdə qulağa damcı olunur. Qadın xəstəliklərində tampon kimi qoyulur.