Anası öpdü - 6 aylıq uşaq iflic oldu/FOTO

  • 2017.11.06 11:14
  • 22997 Baxış
Anası öpdü -  6 aylıq uşaq iflic oldu/FOTO
6 aylıq uşaq anasının öpməsindən sonra iflic olub.


Medicina.az xəbər verir ki, anasının dodağındakı sızanaqdan uşağa simplex virusu yoluxub. Ana bir neçə gün sonra uşağın qulağının ağrıdığını görüb. Körpə dərhal xəstəxanaya çatdırılıb. Həkimlər bekterial infeksiya olduğunu bildirərək antibiotik yazıblar.


Bir neçə gün sonra uşaqda tutmalar başlayıb. Bu halı gördükdə isə Qrin cütlüyü uşağı başqa xəstəxanaya aparıb. Anasının öpməsindən yoluxduğu virus, uşağın beyninə çataraq viral ensefalit adı verilən beynində şişin yaranmasına səbəb olub. Həkimlər ailədən kiminsə sızaq çıxarıb çıxartmadığını soruşub

Eşitdiklərindən şok keçirən qadın "Dodağımdakı sızağın ağzı açıq olmadığı üçün problemə səbəb ola biləcəyini düşünməmişdim” deyib.

 

Anası öpdü -  6 aylıq uşaq iflic oldu/FOTO
Anası öpdü -  6 aylıq uşaq iflic oldu/FOTO
Anası öpdü -  6 aylıq uşaq iflic oldu/FOTO